24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Elxan Məmmədov dünyanın ən yaxşı gənc idman liderləri sırasında

Tanınmış "Leaders" təşkilatı “Aspire Akedemy” ilə birgə dünyanın ən yaxşı idman nümayəndələrinə verilən “Leaders Under 40 Awards” (40 yaşadək olan liderlər) mükafatlarına namizədlərin siyahısını dərc edib. Futbolxeber.az saytının məlumatına görə, 60 nəfərlik münsiflər heyətinin 780 namizəd arasından 5 kateqoriyada seçdiyi ən istedadlı 35 idman nümayəndəsi arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var.

Onun bu mükafat üçün yer aldığı kateqoriyada rəqibləri "ESPN Connor" telekanalının birinci vitse-prezidenti və icraçı prodüseri Konner Şell, yelkənli qayıq idman növü üzrə “America’s cup” yarışının təşkilat komitəsinin sədri Sem Hollis, “Bleacher Report” şirkətinin prezidenti Rorri Braun, "Mançestr Siti" klubunun icraçı direktoru Ömər Berrada, FİFA-nın peşəkar futbol departamentinin rəhbəri Ceyms Conson, UFC-nin (qaydasız döyüş növləri üzrə aparıcı beynəlxalq qurum) maliyyə direktoru Nakisa Bidariandır.

Qaliblərin mükafatlandırma mərasimi oktyabrın 4-də Londondakı Milli Tarix muzeyində olacaq. Bundan bir gün əvvəl isə “Çelsi” klubunun “Steford Bric” stadionunda “Leaders” təşkilatının zirvə görüşü keçiriləcək.

Mərasimdə bütün namizədlərin idman qarşısındakı xidmətləri qeyd olunacaq. Hər kateqoriya üzrə namizədlərə isə mükafat veriləcək.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30