19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Şahin Diniyev: “Bu gün döyüşü uduzduq, müharibə hələ qabaqdadır”

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Admira” - “Kəpəz” oyunundan  (1:0) sonra mətbuat konfransı təşkil olunub. Futbolxeber.az saytının məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyunla bağlı bunları deyib: “Mənə elə gəlir ki, biz burada nəinki Gəncə, hətta Azərbaycanı layiqincə təmsil edə bildik. Taktiki savaş idi, biz bu gün sadəcə, döyüşü uduzduq, müharibə hələ qabaqdadır. İkinci oyun var ki, onu da oynamaq lazımdır. “Admira” doğrudan da çox güclü komandadır, komplektləşmiş və sistemlə oynayan rəqib vardı bu gün qarşımızda. Futbolçularımız ağılla oynadılar, taktiki cəhətdən düzgün mübarizə apardılar. Verilən tapşırıqları yerinə yetirə bildilər. Yalnız standart vəziyyət zamanı bir fərdi səhvdən qol buraxdıq. Əgər Nicat Qurbanov fərqlənib hesabı bərabərləşdirsəydi, fərqli nəticə ola bilərdi. Fikrimiz oyunu əks hücumlardan qurub, cinahlardan sürət hesabına nəticəyə nail olmaq idi. “Kəpəz” artıq başından yuxarı tullanıb. Xarakterli, uduzmaq istəməyən komandayıq. Futbolçularıma bunun üçün təşəkkür edirəm. Hər iki komandanın mərhələ adlamaq şansı var. Cütün taleyi Bakıda həll olunacaq” (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30