2 Yanvar 2026, Cümə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Ölkə futbolu

“Admira”nın baş məşqçisi: “Kəpəz”in üstünlüyü müdafiədə yaxşı oynamağıdır”

"Rəqibimiz yaxşı təşkilatlanmış komandadır. “Kəpəz”in üstünlüyü müdafiədə yaxşı oynamağıdır". Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Admira”nın baş məşqçisi Oliver Lederer Avropa Liqasının II təsnifat mərhələsində “Kəpəz”lə keçiriləcək oyun haqda danışarkən deyib.

Gənc mütəxəssis yerli mətbuata açıqlamasında sabahkı görüş haqda bunları bildirib: “Biz istəyirik ki, sabah öz oyunumuzu oynayaq. “Spartak”la görüşdə bunun sayəsində mərhələ adladıq. Əminəm ki, “Kəpəz”lə qarşılaşmada da oyun prinsipimizə sadiq qalsaq, mərhələ keçmək çətin olmayacaq. Keçən həftənin cümə günündən “Kəpəz”in oyunlarının videoyazısına baxırıq”.

Qeyd edək ki, sabah Avstriyada keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31