24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“22 yaşımda karyeramı başa vursam da, futbolsuz qala bilmədim”

Cəmi  22 yaşında karyerasını bitirmək məcburiyyətində qalmaq futbolçu üçün çox üzücü haldır. Bəziləri futbolu atdıqdan sonra başqa istiqamətə yönəlir, bəziləri də həyat tərzinə çevirdikləri bu idman növündən ayrıla bilmir. Müsahibimiz Məhərrəm Müslümzadə də 22 yaşında zədə səbəbindən karyerasını başa vurmalı olub. Lakin o sevimli məşğuliyyətindən - futboldan ayrı qala bilməyib. Gənc olmasına baxmayaraq, artıq C kateqoriyalı məşqçilər kursundan uğurla keçərək məşqçilik fəaliyyətinə başlayıb. Futbolxeber.az saytına müsahibəsinə ilk olaraq futbola gəlişi ilə başladıq:

- 10 yaşımda “Turan”ın futbol məktəbinə yazılmışam. Bütün yaş qruplarında oynamışam. 16 yaşımda isə “Turan”ın əsas heyətinə dəvət almağa başladım. Əvvəlcə bəzi oyunlarda 18-liyə düşürdüm. Daha sonra əsas komandada debüt etdim. 2 il “Turan”ın əsas heyətində çıxış etmişəm.. Daha sonra “Rəvan”a dəvət aldım. Bu komandada 1 il oynadım. Sonra “Kəpəz”ə keçdim. Burdada əsas heyətdə çıxış edirdim. Lakin zədə bütün planlarımı alt-üst etdi. Əməliyyat olunduqdan sonra futbol oynamağım mümkün olmadı. Düzdü bir ara “Turan Tovuz”un heyətinə qoşuldum. Ümid edirdim ki, zədəmi sağalda bilərəm. Lakin 4-5 oyundan sonra hiss etdim ki, bu mümkün olmayacaq. Məcburən erkən yaşda karyeramı başa vurdum.

- Məşqçiliyə gəlişin necə oldu?

- Futboldan getdikdən sonra bir müddət özümə gələ bilmədim. Futbolu çox sevdiyimdən, özümü futbolsuz təsəvvür edə bilmirdim. Ona görə də məşqçi olmağa qərar verdim. İlk təklif də “Vətən” komandasından gəldi. Sağ olsun məktəbin rəhbəri Mustafa Həsənov məni yanına çağırıb komandada çalışa biləcəyimi söylədi. Məmnuniyyətlə qəbul etdim. İlk olaraq seleksiyaçı-məşqçi kimi fəaliyyətə başladım. Daha sonra U-11 komandasına baş məşqçi təyin olundum. Ötən il, komanda  Bakı birinciliyində 2-ci yerə çıxdı. Artıq növbəti mövsümə demək olar ki, yeni komanda qururuq. Komandaya yeni uşaqlar cəlb olunub.  Ümid edirəm ki, bu işdə özümü sübut edə biləcəm.

- Məşqçi kurslarında iştirak etmisənmi?

- Əlbəttə. AFFA-nın təşkil etdiyi C kateqoriyalı məşqçilər kursunu başa vuraraq kateqoriya almışam.  Daha sonra “B” üçün sənədlərimi təqdim edib hazırlaşacam. Hər gün nə isə öyrənməyə çalışıram. İndi  yeni bilgiləri, yenilikləri əldə etmək elə də çətin deyil. Bir çox mşəqçilərlə çalışmışam. Onlardan çox şey öyrənmişəm.  Bildiklərimi yetirmələrimə aşılamaq üçün səylə çalışıram.

- “Vətən” Futbol Məktəbindəki şərait haqda danışardın...

- İlk öncə rəhbərimiz Mustafa Həsənova öz təşəkkürümü bildirmək istəyirəm. O, ölkə futbolunu düşünən insanlardandır. Bizim üçün hər cür şərait yaradılıb. İstər  maddi cəhətdən, istərsə də şərait baxımından hər şey yüksək səviyyədə təşkil olunur. Bütün yaş qrupları üzrə komandalarımız ölkə birinciliyində çıxış edir. 2 müasir stadionumuz, bazamız var. İldə 2-3 dəfə komandalarımız ölkədaxili yarışlarla yanaşı, xarici ölkələrdə turnirlərdə iştirak edirlər. Rəhbərlik uşaqların inkişafı üçün əlindən gələn dəstəyi və qayğını əsirgəmir.

- Bu günlərdə Tovuzda keçirilən “Yay kubokun”da iştirak etdiniz. Yarışla bağlı nə demək istərdin?

- “Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bunun üçün “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyevə, UFM rəhbəri Rasim Əliyevə “Vətən” Futbol Məktəbi adından təşəkkürümü bildirirəm. Bizim üçün çox böyük təcrübə oldu. Belə yarışlarda nəticə önəmli deyil. Uşaqların gələcək inkişafında müsbət təsir göstərəcək bir yarış idi. Ümid edirəm ki, turnir ənənə halını alacaq. Bütün qarşılaşamalar çox maraqlı keçdi. Uşaqları sınaqdan keçirdik, nəyə qadir olduqlarını öyrəndik. Yoxlama görüşlərindən fərqli olaraq turnir ab-havası başqa olur. Eyni  zamanda ölkə çempionatına hazırlıq üçün də əla sınaq oldu”.

- Gələcək planların, məqsədin nədir?

- İlk öncə öz üzərimdə çalışmalı, biliyimi təcrübəmi artırmalıyam. Qeyd etdiyim kimi, bunun üçün hər gün çalışıram. Gələcəkdə Premyer Liqada çalışmaq istəyirəm. Doğma komndam “Turan”la bunu bacarmaq mənim üçün ən böyük arzumdur. “Turan”ın elitada olmaması məni çox məyus edir. Bu komandanın, bu şəhərin yeri Premyer Liqadır. Potensial çox güclüdür. Yay kubokunda iştirak zamanı Tovuzda nə qədər istedadlı uşaqların olduğunu gördum. Azərbaycan futbolunun beşiyi Tovuz mütləq layiq olduğu yerə yüksələcək. Mən buna əminəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30