24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”nin üzvü: “Ümid edirəm ki, ailəm mənə azarkeşlik edəcək, “Samtredia”ya yox”

“Qəbələ”nin gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskirinin müsahibəsi

- Demək olar ki, hamı “Qəbələ”ni Avropa Liqasının növbəti mərhələsində sayır. Bu cür yanaşma sizə mənfi təsir edə bilərmi?

- Düzdü, “Samtredia” ilə Bakıdakı matçda böyükhesablı (5:1) qələbəmiz qeydə alındı. Bu da onunla bağlı idi ki, bizdə hər şey alındı, rəqibdə isə əksinə. İkincisi, “Samtredia”nın heyətində daha çox gənclər qərarlaşıb, onların Avropa Liqası təcrübəsi yoxdu. Düşünürəm ki, bu gün keçiriləcək cavab matçı həddindən artıq ağır olacaq. Çünki “Samtredia” bizə qarşı ilk oyunu keçirməklə, bir qədər təcrübə qazandı. Üstəlik, “Qəbələ”nin hücumda necə aqressiv çıxış etdiyini gördülər. Bu mənada, rəqibin indi fərqli oyun tərzi ilə meydana çıxacağını düşünürəm. Odu ki, cütün taleyinin ilk görüşdəcə həll olunduğu fikri ilə razı deyiləm.

- “Samtredia”nın zəif cəhətləri Bakıdakı qarşılaşmada açıq-aydın göründü. Bəs rəqibin güclü tərəfləri hansılardı?

- Fərdi planda seçilən oyunçuları var, hücuma yaxşı çıxırlar. İlk matçda üstün tərəflərini göstərməyə gücləri çatmadı. Gürcüstandakı matçda isə onları fanatları dəstəkləyəcək, stadionun dolu olacağını düşünürəm. Bizi fərqli matç gözləyir.

- “Qəbələ”yə tam olaraq uyğunlaşmısızmı, yoxsa bunu demək hələ tezdi?

- Adaptasiya elə bir şeydi ki, o prosesi dərhal keçmək olmur. Bununla belə, “Qəbələ”də özümü rahat hiss edirəm. Əlimdən gələni etməyə çalışıram ki, həm komandanın oyun tərzinə uyğunlaşım, həm də baş məşqçinin tələblərini yerinə yetirim. Fikrimcə, yaxın gələcəkdə daha yaxşı olacaq. Komanda yoldaşlarımla meydanda bir-birimizi tam anladıqdan sonra əsl Nikanı görəcəksiz.

- Sabiq komandanız “İnter”lə hazırda çıxış etdiyiniz “Qəbələ”nin oyun tərzində çoxmu fərq var?

- Bəli, böyük fərq var. “İnter”dən fərqli taktikada oynayırıq. “Qəbələ”nin oyun tərzi ayrı cürdü. Mən bundan qorxmuram. Düşünürəm ki, bu taktikada da özümü yaxşı tərəfdən göstərməyi bacararam. Sadəcə, bir qədər vaxta ehtiyacım var.

- Bu gün öz ölkənizdə “Samtredia”nın qapısına qol vursanız, sevinəcəksizmi?

- Açığı, bu barədə düşünməmişdim (gülür). Sevinməyəcəm. “Samtredia” mənim klubum olmayıb, amma bu gün bütün Gürcüstan ona azarkeşlik edəcək. Elə çıxır ki, öz vətənimə qol vuracam. Buna görə də, sevinməyəcəm. Amma fərqlənmək üçün əlimdən gələni edəcəm. Çünki mən “Qəbələ”nin futbolçusuyam. İlk matçda olduğu kimi, yenə “Qəbələ”nin qələbə qazanması üçün maksimum gücümlə oynayacam.

- Fürsətdən istifadə edib, Gürcüstana yaşayan ailənizlə görüşəcəksinizmi?

- Bəli. Həyat yoldaşım və qızım oyuna gələcək və matçı tribunadan izləyəcək. Onlarla orda görüşəcəm. Ümid edirəm ki, ailəm mənə azarkeşlik edəcək, “Samtredia”ya yox (gülür).

- Heyətində dəyişikliklər olan “Qəbələ” ötən mövsümdə olduğu kimi, yenə Avropa Liqasının qrup mərhələsinə çıxmaq potensialına malikdimi?

- Çox qabağa getməməliyik. İlk növbədə, “Samtredia”nı, daha sonra isə növbəti mərhələləri keçmək lazımdı. Məqsədimiz hər oyuna yüksək motivasiya ilə hazırlaşmaq və bütün gücümüzü göstərmək olmalıdı. Sonra necə olacağını zaman göstərəcək. Təbii ki, həm mənim, həm də komanda yoldaşlarımın arzusu Avroliqanın qrup mərhələsinə vəsiqə əldə etməkdi. Karyeram ərzində hələ buna nail olmamışam. Odu ki, qrup mərhələsinə çıxmağı hamıdan çox mən istəyirəm (gülür).

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30