20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Roman Qriqorçuk: "İstəyirik ki, həmişə “qol yağışı” görək"

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah “Samtredia” ilə keçiriləcək cavab matçından öncə jurnalistlər üçün brifinq keçirib.

- Bakıda qeydə alınan 5:1 hesablı qələbədən sonra cavab görüşünü formal xarakterizə etmək olarmı?

- Bu, qeyri-mümkündü. Bizi sabah ciddi oyun gözləyir. Matça ciddi şəkildə hazırlaşırıq. Sabah bizim üçün çətin oyun olacaq.

- Sabah da meydanda “qol yağışı” görə bilərikmi?

- Biz həmişə istəyirik ki, “qol yağışı” görək və bütün oyunlarda məhsuldar oynayaq, çoxlu qol vuraq. Ümid edirəm ki, sabah da məhsuldar oyun göstərə biləcəyik.

- İlk oyundan sonra klubun prezidenti Tale Heydərov yeni transferlərdən razı qaldığını söyləmişdi. Bəs siz necə, onlardan razısızmı?

- Yeni transferin baş tutduğuna görə şadam. Ümid edirəm ki, gələcəkdə də onlar bizim tələblərimizi yerinə yetirə biləcəklər.

- Meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmaması sizi narahat edirmi?

- Mənə artıq dedilər ki, dünən burda oyun olub. Matç yağışın müşayiəti ilə keçdiyindən, meydança bir qədər pis hala düşüb. Həmin görüşə qədər isə meydançanın vəziyyəti yaxşı idi. İndi də meydanın durumunun faciəvi olduğunu düşünmürəm. Fikrimcə, stadionun ot örtüyünə cavabdeh olan şəxslər əllərindən gələni edəcəklər. Meydançanın bizə və rəqibə problem yaradacağını düşünmürəm.

- Növbəti mərhələdə Qazaxıstanın “Aktobe” klubu, yoxsa Macarıstan təmsilçisi MTK ilə qarşılaşmaq istərdiniz?

- Mən bu komandaların oyununu görməmişəm. Onlar arasında heç bir fərq görmürəm. Bu məsələyə sakit yanaşırıq. Qazaxıstan və ya Macarıstan təmsilçisi ilə qarşılaşmağın fərqi yoxdu. Başa düşürəm ki, hər iki komanda ciddi rəqibdi. Biz indi bu barədə çox danışmamalıyıq. İndi başım, fikrim sabahkı oyuna qarışıb.

- Teo Uiks Bakıdakı oyunda vurduğu ikinci qol zamanı boş mövqedə dayanan Baqali Daboya ötürmə verməli olduğu halda, özü qol vurdu. Növbəti matçlarda da bu cür davransa, sizi əsəbləşdirə bilərmi?

- Bu barədə narahatlıq keçirmirəm. Futbolda belədi. Əgər sən məsuliyyəti üzərinə götürüb, qol vurursansa, heç kimin sənə iradı ola bilməz. Əgər onda qol vurmaq alınmasaydı, onda bu məsələni müzakirə edə bilərdik. Sabahkı matçda onun qol vurmamaq variantını ağlımızdan keçirmirik. Mən istəyirəm ki, Uiks sabahkı qarşılaşmada da fərqlənsin. Həm ondan, həm Dabodan, həm də digər hücumameyilli futbolçularımızdan qol gözləyirəm. Çünki qol vuranda futbolçunun özünəinamı artır, əhval-ruhiyyəsi yüksəlir.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30