25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadiqov: “Bu “Qəbələ” ötənilki komandadan daha güclüdür”

“5:1 hesablı qələbə qazanacağımızı gözləmirdik. Lakin komandamız Gürcüstanda çox yaxşı təlim-məşq toplanışı keçdi. Üstəlik, güclü heyət də qurulub”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin kapitanı Rəşad Sadiqov deyib.

Təcrübəli yarımmüdafiəçi “Samtredia” üzərində 5:1 hesablı qələbəni belə şərh edib: “Oyuna tam hazır idik. Tapşırıq qoyulmuşdu ki, ilk dəqiqələrdən qol vuraq. Bunu da bacardıq”.

Sadiqov “Qəbələ”nin fasilədən sonra müəyyən qədər arxayınlaşmasının səbəbini belə izah edib: “3:0-dan sonra istənilən komanda arxayınlaşır. Rəqibin də haqqını vermək lazımdır. 15 dəqiqə ərzində yaxşı oynadılar. Qol da vurdular. Amma biz həmin qoldan sonra ayıldıq”.

Rəşad Sadiqov rəqibin zəif olması ilə bağlı sualı belə cavablandırıb: “Yaxşı oynayıb, layiqli rələqəbə qazandıq. Kimin güclü, kimin zəif olduğunu mütəxəssislər deyə bilər. Hər halda 5:1 qalib gəlmişiksə, deməli rəqibdən üstün olmuşuq”

“Qəbələ”nin kapitanı hazırkı heyətin ötənilki komandadan güclü olduğunu vurğulayıb: “Hazırlıq prosesi çərçivəsində Gürcüstanda çox yaxşı oyunlar keçirdik. Yaxşı komandamız var. Ola bilər ki, bu il qrupa düşməyək, rəqiblərdən püşkdən çox şey asılıdır. Amam hesab edirəm ki, bu “Qələbə” ötənilki komandadan daha güclüdür. Bunu hələ Gürcüstanda demişdim”.

Sadiqov cavab oyununa da toxunub: “Çalışacağıq səfərdə də qələbə qazanaq. Bunun üçün motivasiyamız da var. Reytinq baxımından qələbə bizim üçün vacibdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30