23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Burada faciəlik bir şey yoxdur"

 

"Bugünkü oyundan qələbə gözləyirəm. İstəyirəm ki, milli komandamız vətənə qələbə ilə qayıtsın". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, millimiz Lüksemburqla yanaşı, qarşıdakı Portuqaliya ilə matçı da düşünməlidir: "Millimiz hazırda təkcə Lüksemburqla matçı düşünməməlidir. Çünki 4 gündən sonra Bakıda bizi Portuqaliya ilə ağır oyun gözləyir. Əgər həmin oyuna yüksək əhval-ruhiyyədə çıxmaq istəyiriksə, mütləq bu gün qələbə qazanmalıyıq. Yığmamız səfərdən qələbə ilə dönə bilsə, o zaman Portuqaliya ilə oyuna daha yaxşı köklənəcək. Bu zaman komandamızın ev oyununda uğur qazanmaq şansı da yüksələcək".

"Sizcə, millimiz Lüksemburqa qarşı hücum, yoxsa müdafiə futbolu oynamalıdır" sualını isə A.Mircavadov belə cavablandırıb: "Əsas şərt o deyil ki, hücum futbol oynayasan, ya da meydana daha çox hücumçu ilə çıxasan. Əsas məqam ondan ibarətdir ki, oyun keyfiyyəti yaxşı olsun. Ola bilər ki, cəmi 1 hücumçu ilə çıxış edəsən, amma əla futbol sərgiləyəsən".

Mircavadovun fikrincə, millimizin Lüksemburqa uduzması faciə olmayacaq: "Burada faciəlik bir şey yoxdur. Futbolda hər bir nəticə qeydə alına bilər. Razıyam, millimizə əla şərait yaradılıb. AFFA rəhbərliyi komandanın uğur qazanması üçün hər şey edir. Bizim vaxtımızda futbolçular peraşki yeyirdilər, indi isə ən yüksək şəraitdə hazırlıq keçirlər. Sadəcə olaraq, vəziyyəti düzgün analiz etmək lazımdır. Komanda uğur qazanmırsa, aydınlaşdırılmalıdır ki, nə baş verir, niyə belə olur? Bunun üçün də mütəxəssislər var, onlarla məsləhətləşib, fikirlərini öyrənməlidirlər".

Ağasəlim Mircavadov həmçinin qeyd edib ki, millimizin heyətində konkret lider yoxdu: "Bizim komandamızda Messi, Ronaldo kimi futbolçular yoxdu. Onlar həm klubda, həm də millidə oyunu üzərlərinə götürüb, liderlik keyfiyyətlərini nümayiş etdirirlər. Amma bizim komandamızda konkret lider yoxdu. Futbolçuların hamısı demək olar ki, eyni səviyyəlidirlər. Ola bilər ki, 1, ya da 2 futbolçu digərlərindən bir qədər üstün olsun. Amma bu fərq elə də çox deyil. Bir sözlə, bizim əsas üstünlüyümüz komanda oyunu oynamağımızdır".  

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30