25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qriqorçuk: “Qələbədən razı qaldıq”

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” - “Samtredia” (Gürcüstan) qarşılaşmasından sonra (5:1) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Oyunun nəticəsindən, qələbədən razı qaldıq. Mən komandanın göstərdiyi oyundan da razıyam. Qısa müddətdə futbolçular yaxşı təsir bağışlamağa nail olublar. Oyunumuz uğurlu alındı. Təbii ki, biz daha güclü idik, 5 qol vurduq. Artıq nəyəsə nail olmağımızla bağlı söhbətləri istisna edirəm. Qarşıda cavab oyunu var və məqsədimiz həmin matçda qalib gəlməkdir. Bu gün bütün komanda yaxşı oynadı. Kimi isə fərqləndirmək istəmirəm. Əsas odur ki, komanda şəklində yaxşı oynadıq. Meydanda əsl komanda var idi. Bu komandanın da hər bir üzvü yaxşı çıxış etdi. Cavab oyununda arxayınlıq olmayacaq. Buna siz də əmin olacaqsınız. Futbolçuların hər şeyin həll olunduğunu düşünməsinə imkan vermərəm. Rəqib sizə göründüyü qədər zəif deyil. Bu komandaya qalib gəlmək üçün xeyli çalışmaq lazım gəldi. Onların qolu da gözəl cərimə zərbəsindən sonra vuruldu. Qazanılan qələbə futbolçuların əməyidir. Onlara təşəkkür edirəm. II təsnifat mərhələsindəki rəqiblər haqda düşünmürəm. Bu haqda məlumat yığılır, lakin mən komandanın daha yaxşı oynaması haqda fikirləşirəm”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30