3 Noyabr 2025, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da

Ölkə futbolu

Baqali Dabo rəsmən “Qəbələ”də

2016-2017-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” hücum xəttini fransalı Baqali Dabo ilə gücləndirib. 28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı “Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.

“Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində “İvri” (2008-2011), “Kretey” (2011-2013, 2014-2016) və “İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu “Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30