20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kərim Diniyev: “Daçiya” keçiləsi rəqibdir”

“Çalışdıq ki, qələbə qazanaq. Buna nail olmasaq da, əsas odur ki, qol buraxmadıq. Əlimizdən gələni edəcəyik ki, səfərdə ən azı qollu heç-heçə və ya qələbə qazanmaqla mərhələ adlayaq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyev Avroliqanın I təsnifat mərhələsi çərçivəsində Bakıda “Daçiya” ilə oyunu şərh edərkən belə deyib.

O, cavab matçı öncəsi şansların bərabər olduğunu vurğulayıb: “Bakıda qeydə alınan qolsuz heç-heçəni “Daçiya” üçün üstünlük hesab etmirəm. “Daçiya” keçiləsi rəqibdir. Hələ də şanslar 50-nin 50-yədir. Cütün taleyi Moldovada həll olunacaq. Oyun ərzində “Daçiya”nın qol vəziyyəti olmadı. Bizim şanslarımız olsa da, istifadə edə bilmədik. “Daçiya” yaxşı komandadır, rəqibə hörmət edirik. Amma gücümüzə inanırıq. Hesab edirəm ki, növbəti mərhəəyə adlaya biləcəyik”.

Kərim Diniyev sonda matçın gedişində rəqib klubun prezidenti Adlan Şişxanovla aralarında yaşanan insidentdən də söz açıb: “Yerdə zədəli futbolçumuz var idi. Rəqib oyunçular isə topu meydandan çıxarmaq istəmirdilər. Bu zaman əsəblərimə hakim ola bilmədim. Onu vurmaq istəmirdim. Sadəcə, topu çıxarmaq istəyəndə ona dəydi. Mübahisə yarandı və mənə dedi ki, “gələrsiz Kişinyova”. Mən də dedim problem yoxdur. Sonradan danışıb, məsələni yoluna qoyduq”.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30