20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elmir Vəliyev: “Biz də Avroliqanın qrup mərhələsinə düşmək istərdik”

“Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev Futbolxeber.az saytına müsahibə verib.

- 16 illik fasilədən sonra avrokuboklarda iştirak hüququ qazanan “Kəpəz” ilk matçında “Daçiya” ilə qolsuz bərabərliyə nail oldu. Komandanızın oyunundan razı qaldınız?

- Futbolçularımız “Daçiya”ya qarşı gözəl oyun nümayiş etdirdilər. Bizim kimi rəqib də yaxşı təsir bağışladı. “Daçiya”ya hörmətlə yanaşırıq. Təəssüf ki, qələbə qazana bilmədik, heç-heçə qeydə alındı. İndi cavab oyunu barədə düşünməliyik. İnanırıq ki, səfərdə qələbə qazana biləcəyik. Həmin qələbəni biz də, oyunçularımız da, məşqçimiz də, bütün azarkeşlərimiz də çox istəyirlər. 16 ildən sonra “Kəpəz” Avroliqada oynayır. Ümid cavab oyunudadır.

- “Daçiya” ilə oyunun ikinci hissəsində sanki “Kəpəz” fiziki cəhətdən axsayırdı. Bunu nə ilə əlaqələndirmək olar?

- Razıyam ki, oyun ərzində bəzi qüsurlar, çatışmazlıq oldu. Zamanla bu çətinlikləri aradan qaldırmağa çalaşacağıq.

- Avroliqada “Kəpəz”in hədəfi nədir?

- Hər bir Azərbaycan klubu kimi biz də Avroliqanın qrup mərhələsinə düşmək istərdik. Bunu oyunçular da, baş məşqçi də, rəhbərlik də arzulayır. Lakin indidən qəti söz demək çətindir. Çalışacağıq ki, mümkün olduğu qədər irəli gedək.

- Avroliqa öncəsi “Kəpəz”in maliyyə durumunun yaxşı olmadığı deyilirdi. Bu baxımdan hazırda komandada vəziyyət necədir?

- Bəzi çətinlikləri var idi. Lakin artıq hamısını aradan qaldırmışıq. Zamanla çalışacağıq hər şeyi yoluna qoyaq. İstər baza, istər stadionun təmiri haqda düşünürük. Müəyyən müddət ərzində bütün çatışmazlıqları həll edəcəyik.

- Futbolçuların maaşları nə zaman ödəniləcək?

- Maaşlar artıq ödənilib.

- “Kəpəz” mərhələ adlayacağı halda, heyətə yeni legionerin cəlb olunması mümkündür?

- Daha əvvəl 2 legioneri heyətimizə qatdıq. Onların hər ikisi “Daçiya” ilə görüşdə meydana çıxdı. Amma gələcək barədə indidən nəsə demək düzgün deyil.

- Premyer Liqa oyunlarında güclü azarkeş dəstəyinə sahib olan “Kəpəz” Avroliqa matçını Bakıda keçirdiyindən stadionda fanatların sayı elə də çox deyildi. Komanda ikinci mərhələyə keçəcəyi halda, azarkeşlərə hansısa çağırış etmək fikriniz var?

- İstəyimiz odur ki, azarkeşlər daim komandaya dəstək olsunlar. Fanatların dəstəyi komandanı daha da ruhlandırır. İkinci mərhələyə çıxsaq, daha çox azarkeş dəstəyinə ehtiyac duyacağıq. İnanıram ki, azarkeşlər komandanı yalnız buraxmayacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30