18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Daçiya”nın prezidenti: “Mənim yaxşı komandam var, növbəti oyunda bunu sübut edəcəyəm”

“Daçiya”nın prezidenti Adlan Şişxanov “Kəpəz”lə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız ilk oyunda Bakıda “Kəpəz”lə qolsuz bərabərliyə nail oldu. Qarşılaşma barədə nə deyə bilərsiz?

- “Kəpəz” yaxşı komandadır. Hiss olunurdu ki, rəqibimiz avrokuboklar üçün darıxıb. Tam gücü ilə mübarizə aparırdı. Biz bunu gözləyirdik. Qorxulu heç nə yoxdur. Səfərdə bərabərliyə nail olduq. Bu, ən yaxşı nəticə olmasa da, pis də deyil.

- Oyunöncəsi mətbuat konfransında baş məşqçi Oleq Bejenar qeyd etmişdi ki, siz heç-heçəni də uğur saymırsız. Amma hazırda nəticədən narazı deyilsiz...

- Nəticə səfər üçün pis deyil. Biz hər oyunda qələbə üçün oynayırıq. Evdə, ya səfərdə çıxış etməyimizdən asılı olmayaraq. Rəqib meydanında heç-heçə oynadıq. Bir daha deyirəm ki, “Kəpəz” bu gün çox istəkli idi. Komanda bütün gücünü meydanda qoydu. Növbəti oyun üçün “Kəpəz”i gözləyirik. Çempionat oyunlarında komandaya uğurlar arzu edirəm. Amma növbəti görüşdə onlar uğur qazana bilməyəcəklər.

- Oyuna baxanda belə təəssürat yaranırdı ki, klubun baş məşqçisiz sizsiz. Ehtiyat oyunçular skamyasından futbolçulara göstəriş verməyiniz nədən irəli gəlirdi?

- Mənim nəzarətimdə komandam daha yaxşı oynayır. Lazım olsa, meydana da çıxaram. Təki, “Daçiya” qələbə qazansın.

- Bu, baş məşqçiyə qarşı hörmətsizlik deyil?

- Yox, nəyə görə ki? Bunu normal saymır. Özümüzü buna öyrəşdirmişik. Dalaşmırıqsa, deməli hər şey qaydasındadır.

- Çempionat oyunlarında da ehtiyat oyunçular skamyasından futbolçulara göstərişi siz verirsiz?

- Siz futbolla bağlı sual verirsiz, yoxsa mənim “Daçiya”dakı fəaliyyətimlə?

- Bu sual da komandanıza aiddir.

- Mənim yaxşı komandam var. Növbəti oyunda bunu sübut edəcəyəm.

- İkinci matçda qələbə qazanacağınıza çox inanırsınız?

- Bir komanda illər sonra avrokuboklarda mübarizə aparanda, çox istəkli olur. “Kəpəz”dən fərqli olaraq, biz hər il avrokuboklarda çıxış edirik. “Kəpəz” bu gün gücündən artığını göstərdi. Növbəti oyunu gözləyək. Sonra danışarıq.

- Meydana 5 debütant buraxmışdınız. Bunun xüsusi səbəbi var?

- Xeyr. Biz bu oyunçularla uğur qazanacağımızı düşündüyümüz üçün onlara şans verdik. Çempionatda ötən mövsüm 28 görüşümüz olub. Amma heç birində ardıcıl 2 dəfə eyni heyət meydana çıxmayıb. Qalib gəldiyimiz oyunlardan sonra da heyəti dəyişmişik.

- “Kəpəz”in heyətində daha çox hansı oyunçunu bəyəndiniz?

- Komanda şəklində pis oynamadılar. Bütün güclərini meydanda qoydular.

- Matçın gedişində “Kəpəz”in futbolçusu ilə aranızda baş verən insidenti necə şərh edərdiz?

- Söhbət artıq bitib. Biz 2 qafqazlı əl sıxıb, hər şeyi yoluna qoyduq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30