29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Daçiya"nın baş məşqçisi: “Bizi ancaq qələbə qane edir”

"Bakı kimi gözəl şəhərdə olmaqdan şadam. Gözəl insanların əhatəsindəyik". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Daçiya"nın baş məşqçisi Oleq Bejenar deyib.

Moldova təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah "Kəpəz"in qonağı olacaq.

Bejenar bu gün keçirilən mətbuat konfransında iddialı danışıb: "Bizi çətin oyun gözləyir. Nə baş verəcəyini sabah özünüz görəcəksiniz".

- "Kəpəz" barədə hansı məlumata maliksiz?

- Düzdü, 1-2 oyunlarına baxmışıq. Amma az məlumatımız var. Müəyyən informasiyaya malikəm. Fiziki cəhətdən çox güclüdülər. Amma çalışacağıq sabah meydandan qalibiyyətlə ayrılaq.

- "Kəpəz"in hansı oyunlarını izləmisiz?

- Çempionat oyunlarını. Toplanışda olduğumuz üçün son görüşlərini tam izləyə bilməmişəm. Amma nümayəndəmiz son matçlarını izləyib. 6:0 hesabı ilə qələbə qazanıblar. Düzdü, həvəskar səviyyədə komandaya qalib gəliblər. Amma onların yaxşı futbolçuları olduğunu deyə bilərəm.

- Sabah sizi hansı nəticə qane edir?

- Biz hər oyuna qələbə üçün çıxırıq. İstəyir "Spartak" olsun, istəyir bir başqası. Ambisiyalı prezidentimiz var. O həmişə iddialı olmaq istəyir. Bizi ancaq qələbə qane edir.

- Görünüşünüzə görə, qafqazlılara oxşayırsınız...

- Təmiz moldovan deyiləm. Ukrayna və bolqar qarışığım var. Amma təəssüf ki, qafqazlılara əlaqəm yoxdu.

- Azərbaycanda gördüklərinizdən təəccübləndiniz?

- Gördüklərimdən təəccüblənmədim. Azərbaycan sürətlə inkişaf edir. Belə də olmalı idi.

- Oyunun taleyini burda həll etməyə çalışacaqsız?

- Sabahkı nəticədən asılı olmayaraq, cütün taleyinə cavab görüşündə aydınlıq gələcək. Rəqibdən çəkinmirəm. Rəqib bizdən çəkinsin.

- Heyəti müəyyənləşdirmisiz?

- Heyət bəllidi, amma açıqlaya bilmərəm.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31