29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” “Samtredia” ilə oyunun hazırlığı davam etdirir

“Qəbələ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Samtredia” (Gürcüstan) ilə ilk oyununun Bakıdakı hazırlıqlarına start verib. Futbolxeber.az saytının məlumatına görə, iyunun 26-da Gürcüstan toplanışını başa vurub, Bakıya qayıdan “qırmızı-qaralar” bu gün növbəti məşqinə çıxıb. Məşqlərinə ara verməyən Roman Qriqorçukun yetirmələrinin günün ilk yarısına təsadüf edən hazırlığı paytaxtda baş tutub. ADBTİA stadionundakı çalışmalarda futbolçular bərpaedici hazırlıq keçib. Komanda növbəti məşqini sabah günün ikinci yarısında keçirəcək.

Xatırladaq ki, “Qəbələ” 2016-2017-ci illər mövsümünə iyunun 30-da start verəcək. “Qırmızı-qaralar” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu “Bakcell Arena”da keçirəcək. Komanda Gürcüstan çempionatının gümüş mükafatçısı “Samtredia” ilə üz-üzə gələcək. Bu, 2014-2015 və 2015-2016-cı illər mövsümlərində də UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin avrokuboklarda ardıcıl 3-cü mövsümünün startı olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31