29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Şahin Diniyev: “Uşaqlara inanıram”

"Bizi çox çətin oyun gözləyir. Azərbaycanda bu mövsüm avrokubokda ilk oynayan komanda biz olacağıq. Çalışacağıq qələbə qazanaq". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.

Ölkəmizi Avropa Liqasında təmsil edəcək Gəncə klubu sabah I təsnifat mərhələsi çərçivəsində Moldova təmsilçisi "Daçiya"nı qəbul edəcək.

Diniyev bu gün təşkil edilən mətbuat konfransında fikirlərini bu sözlərlə davam etdirib: "Tam ideal formada olmasa da, heç də pis vəziyyətdə deyilik. Ərzurum toplanışı uğurlu keçdi. Oyun praktikasından əziyyət çəkənlər var. 5 futbolçu sabah ilk dəfə meydana çıxacaq. 2800 metrlik hündürlükdən aşağı düşüb adaptasiya olmaq üçün vaxt lazımdı. Uşaqlar uyğunlaşa biliblər. Hədəfi Avropa Liqasının qrupuna düşmək olan "Daçiya"ya qarşı necə oynayacağıq? Çalışacağıq əlimizdən gələni edək ki, azarkeşləri məmnun yola salaq. Cütün taleyi sabah yox, cavab qarşılaşmasında müəyyənləşəcək. Uşaqlara arxayınam".

- 16 ildən sonra Avrokubokda oynamaq müsbət, yoxsa mənfi haldı?

- Həm müsbət, həm mənfi cəhəti var. Müsbət odu ki, Avroliqada oynamaq hər futbolçuya nəsib olmur. Futbolçular alışıb-yanır oynamaq üçün. Mənfi tərəfi odu ki, futbolçular "yana" bilər. Bunu sıradan bir oyun saymaq lazımdı, böyük ajiotaja ehtiyac yoxdu. Bu oyun uğurlu və ya uğursuz olsa, "Kəpəz" yenə yaşayacaq və ötənilkindən daha güclü olacaq. Ötən il yüksək liqada qalmağı düşünürdüksə, bu dəfə daha iddialı olacağıq. Sadəcə, vaxt lazımdı ki, komanda sistemə otursun.

- Komandanızda son durum necədi?

- Məni sevindirən odu ki, komanda hər gün inkişaf edir, irəliyə addım atır. Komandada daha çox hərəkət, güc var. Sabah ideal olmayacağıq. Amma meydanın hər qarışı uğrunda mübarizə olacaq. Usalıq da böyük rol oynayır. Futbolun bəzəyi top və qoldu. Futbolçuların topla oynamaq bacarığı var. Oyunçular öz oyunlarını göstərməlidilər ki, "yanmasınlar".

- "Kəpəz"in əsas üstünlüyü azarkeşlərdi. Sabah Gəncədən azarkeş gətiriləcəkmi?

- Sabah heç olmasa 3-4 min azarkeş gələcəyini gözləyirəm. Gəncəlilərin komandamızı yalnız qoymayacağına əminəm.

- Rəhbərlik konkret hədəf qoyub?

- Bir ildi burdayıq, rəhbərlik heç vaxt nəticə tələb etməyib. Amma işləyiriksə, nəticə verməliyik. Düzgün iş aparmalıyıq ki, nəticə verək. Rəhbərlik futbol adamlarıdı. Futbol adamı heç vaxt konkret tapşırıq vermir. Hamımız əl-ələ verib irəliləyirik. Bizdə hamı "Kəpəz" üçün çalışır.

- Sabah hansı taktikaya üsünlük verəcəksiz?

- Hücumda rəngarəng, müdafiədə etibarlı oynayacağıq. Məncə, biz səfərdə burdakından yaxşı oynayacağıq. Əsasən ümidimi səfər matçına yönəltmişik. Belə oyunda buraxılan qol baha başa gələ bilər. İlk 15 dəqiqədə baxacağıq. Ondan sonra taktiki dəyişiklik ola bilər.

- 90 dəqiqə oynamağa hazırsız?

- Fiziki cəhətdən problemimiz yoxdu. Sadəcə xətlər arasında anlaşılmazlıq olacaq.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31