6 Iyul 2025, Bazar günü
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

Fransalı hücumçu “Qəbələ”də

“Qəbələ” Avroliqa öncəsi heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolxeber.az saytının Fransa mətbuatına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” Baqali Dabonu heyətinə qatıb.

1980-cı ildə anadan olan forvardın boyu 180 smdir. O, futbolda ilk addımlarını “Loryen”də atıb. Peşəkar karyerasına “İvry”da başlayıb. Bu klubun heyətində 55 oyunda 16 qol vuran Dabo 2011-2013-cü illlərdə “Kretey”in formasını geyib və 54 oyunda 14 dəfə fərqlənib. 27 yaşlı forvard 2013-14 mövsümünü “İstr”da (32 oyun, 7 qol) keçirdikdən sonra yenidən “Kretey”ə qayıdıb. 2014-ü ildən köhnə-yeni klubunda keçirdiyi 44 oyunda Dabo 3 qol vurub.

Qeyd edək ki, fransız futbolçu “Qəbələ”nin yayda heyətinə qatdığı 4-cü futbolçudur. Buna qədər Roman Qriqorçukun komandası Nika Kvekveskiri, Filip Ozobiç və Teo Uiks Luislə güclənib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31