29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: “Cütün taleyi Moldovada həll olunacaq”

“KƏPƏZ”İN ÇALIŞDIRICISI AZARKEŞLƏRƏ SƏSLƏNDİ: “DƏSTƏYİNİZƏ EHTİYACIMIZ VAR”

“Hazırda oyun praktikamız azdır. Bu da çox böyük problemdir. İyunun 28-dən səhvlər etməməliyik. Komandanı yeni futbolçular var. 5 oyunçunun sistemə oturuşması vaxt tələb edir. Amma ötən yay işimiz bundan çətin idi. Hazırda komandada rəqabət var. Sonradan meydana daxil olan futbolçular matçın taleyini həll edə bilir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Avroliqanın I təsnifat mərhələsində qarşılaşacaqları “Daçiya” haqda bunları söyləyib: “Bizi çətin rəqib gözləyir. “Daçiya”nın “Şerif”lə oyununa baxmışam. Rəqib məni yaxşı mənada təəccübləndirdi. Bu il çox iddialıdırlar. Komand Avroliqada qrup mərhələsinə düşmək istəyir. Amma biz də uğur qazanmaq istəyirik. Çünki təkcə “Kəpəz” və Gəncə adını deyil, Azərbaycanı təmsil edirik”.

Diniyev Avroliqadakı çıxışlarının necə alınacağı barədə proqnoz vermək istəməyib: “Əksər futbolçularım kimi, mənim də Avrokuboklarda təcrübəm yoxdur. Bu turnirdə oynamaq sevinclidir. Yalandan 1-2 mərhələ keçəcəyimizə söz verə bilmərəm. Ona söz verə bilərəm ki, rəqib qarşısında aciz qalmayacağıq. Yaxşı oyun göstərməliyik. Avroliqada nəyə nail olacağımızı zaman göstərəcək”.

Gəncə klubunun çalışdırıcısı komandası ilə müqayisədə “Daçiya”nın üstünlüklərini belə ifadə edib: “İlk növbədə oyunçu seçimini vurğulamaq olar. “Daçiya”nın legionerləri çoxdur. Həmin futbolçularda mübarizlik keyfiyyətləri var. Meydanın hər qarışl uğrunda vuruşurlar, uduzmağı xoşlamırlar. Üstəlik, sürətli futbol göstərirlər”,

Sonda Diniyev azarkeşlərə səslənib: “Cütün taleyi Moldovada həll olunacaq. İlk oyunda azarkeşlərimizə güvənirik. Gəncəli azarkeşlər möhtəşəmdirlər. Daim yanımızda olurlar. İnanıram ki, yenə də bizə dəstək olacaqlar. Onların dəstəyinə ehtiyacımız var”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31