5 Iyul 2025, Şənbə
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də
“Qarabağ” Avstriyaya yollandı

Ölkə futbolu

Rövnəq Abdullayev: “İnanıram ki, komandalarımız ilk mərhələni adlayacaq”

AFFA prezidenti Rövnəq Abdullayev avrokubokların 2016/2017 mövsümünün püşkatmasına münasibət bildirib. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, R. Abdullayev həm Çempionlar Liqası, həm də Avropa Liqasında Azərbaycan klubunun bəxtinə asan rəqib düşdüyünü deyib.

Komandalarımızn ilk mərhələni keçəcəyinə inandığını deyən Abdullayevin sözlərinə görə, bütün rəqiblər münasibdir: “Püşkatmanın nəticəsini normal qiymətləndirirəm. Birinci mərhələdə komandalarımızın bəxtinə münasib rəqiblər düşüb. Bu mərhələdə keçilməz rəqib yoxdur. İnanıram ki, komandalarımız ilk mərhələni adlayacaq”.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat məthələsində Lüksemburqun “Düdelanj” klubuna rəqib olub.  Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”, “Neftçi” və “Kəpəz” isə müvafiq olaraq  “Samtrediya”(Gürcüstan), “Baltsan” (Malta) və “Daçiya” (Moldova) ilə üz-üzə gələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31