25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

İspaniyalı məşqçi "Neftçi"də

"Neftçi” PFK ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə müqavilə imzalayıb. Futbolxeber.az saytının məlumatına görə, 1989-1994-cü illərdə Qranada Universitetinin "Bədən Tərbiyyəsi və İdman” fakültəsində təhsil almış mütəxəssis, 1995/96-cı illər mövsümündə "Rekreativo” klubunda çalışıb. 1999-2002-ci illərdə "Albasete” klubunda fəaliyyət göstərmiş 46 yaşlı məşqçi, 2005-2007-ci illərdə "Deportivo”nun uğurları üçün çalışıb. 2007-ci ildə "Atletik” Bilbao klubuna gəlmiş Fransisko Navarro 4 mövsüm ardıcıl bu klubda işləyib.

Məlum olduğu kimi, Bilbao təmsilçisinin heyətində hər zaman əsasən yerli futbolçular çıxış edib. Az sayda legionerin çıxış etdiyi "Atletik” klubunun futbolçularının əksəriyyəti klubun öz yetirmələri olub. Fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə müqavilə bağlanarkən də məhz bu amilə xüsusi diqqət yetirilib. İspaniyalı mütəxəssis yerli futbolçuların yetişdirilməsində və inkişafında böyük təcrübəyə malikdir (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30