29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev Avroliqanın püşkünü qiymətləndirdi

Hazırda komanda ilə Ərzurumda təlim-məşq toplanışında olan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev UEFA Avropa Liqasının püşkatması ilə bağlı fikilərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli

çalışdırıcı klubun saytına I təsnifat mərhələsində komandanın rəqibi olan “Daçiya” ilə qarşıdakı oyunlar haqda danışıb: “Səbətdə ən zəif biz idik, yeni komandayıq. UEFA-da asan oyun və ya zəif rəqib yoxdur. “Daçiya” haqda məlumat toplamışam. Çempion olan “Şerif”ə ciddi müqavimət göstərib. 27 oyundan cəmi 2-sində uduzublar. Bu nəticə onların gücündən xəbər verir. Bizi 2 çətin oyun gözləyir. Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. Şanslarımız rəqibdən üstün deyil, deyərdim ki, hətta Moldova klubu bizdən üstün görünür. Düzdü, mən istəmirdim ki, Avstriya, Polşa və Slovakiya komandaları ilə düşək. Amma bu o demək deyil ki, “Daçiya” onlardan zəifdir, xeyr. Onu da söyləyim ki, moldovalılar dişimizə uyğun rəqibdir, onlarla mübarizə aparmaq olar. Amma qalib gəlmək üçün çox çalışmaq lazımdır, çünki çox ciddi rəqibdirlər”.

Moldova futbolu Şahin Diniyevə yaxşı tanışdır. O, futbolçu kimi bu ölkənin “Nistru” komandasında çıxış edib: “1989/1990 mövsümündə Moldovada oynamışam. Ora ilə bağlı xoş xatirələrim qalıb, yaxşı günlərim olub. Özümə üçüncü vətən saydığım Moldovaya bu dəfə məşqçi kimi gedəcəyəm. Mənim üçün xoş səfər olacaq. Oradakı futbolçu dostlarımı, məşqçilərimi yəqin ki, yenidən görə biləcəyəm. Ötən günləri yada salıb, təbii ki, futboldan danışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31