13 Avqust 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya qarşı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da

Ölkə futbolu

Fariz Nəcəfov: “Samtredia”nın zəif komanda olduğunu düşünmürəm”

“Az öncə rəqibimizin kimliyini öyrəndim. Açığı, “Samtredia”nı tanımıram, amma zəif komanda olduğunu düşünmürəm”. Futbolxeber.az saytının məlumatına görə, bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

2016/17 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qəbələ” ilk mərhələdə Gürcüstan təmsilçisi “Samtredia” ilə qarşılaşacaq.

Nəcəfov rəqibin heç də zəif olmadığını söyləyib: “Düzdü, nisbətən zəif rəqiblə düşəcəyimizi gözləyirdik. Amma “Samtredia” Gürcüstan çempionatında ötən mövsümü 2-ci pillədə başa vurub. Üstəlik, heyətlərində yaxşı oyunçular da var. Hər halda, Avropa Liqasına vəsiqə qazanıblarsa, deməli, ehtiyatlanmağa dəyər. Məncə, azarkeşləri maraqlı oyunlar gözləyir”.

“Qəbələ” ötən mövsüm Avroliqanın I mərhələsində Gürcüstanın digər təmsilçisi “Dinamo” ilə qarşılaşmış və rəqibini üstələmişdi. Həmin vaxt Gürcüstanda təhlükəsizlik tədbirlərinin qaydasında olmaması “Qəbələ” rəsmisini budəfəki səfər öncəsi narahat etmir: “Biz hər zamankı kimi, təhlükəsizlik tədbirlərinə yüksək səviyyədə riayət edəcəyik. İnanmıram ki, Gürcüstanda hər hansı bir problemlə üzləşək”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31