26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Əmrah Çəlikəl: “Düdelanj” asan keçiləsi rəqib deyil”

“Düdelanj” asan keçiləsi rəqib deyil. Bununla öz motivasiyamızı aşağı salmış olarıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri apasport.az-a açıqlamasında “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdam klubu ikinci təsnifat mərhələsində Lüksemburq çempionu “Düdelanj”la üz-üzə gələcək.

Hazırda İsveçrədə olan Çəlikəl bildirib ki, “Qarabağ”ın rəqibə yuxarıdan aşağı baxmağa ixtiyarı yoxdu: “Əgər “Düdelanj” öz ölkəsində çempion olubsa, deməli, bu komandaya hörmət etmək lazımdı. Heç bir komanda öz ölkəsində asanlıqla çempion olmur. Odu ki, indidən özümüzü növbəti mərhələdə saya bilmərik, buna ehtiyac yoxdu. Əslində, püşkün nəticəsini müzakirə etməli deyilik. Əsas bizim məqsədimizdi ki, o da hər kəsə bəllidi. “Qarabağ”ın hədəfi Çempionlar Liqasının qrup mərhələsində oynamaqdı. Biz bu mərhələni keçmək istəyirik. Təkcə “Düdelanj” səddini yox, növbəti rəqibimizi də mübarizədən kənarlaşdırmaq niyyətindəyik. Odu ki, rəqibi zəif və ya güclü saymaq olmaz. Bu cür yanaşmaq bizə problem yaradar. Elə o səbəbdən də buna imkan verməməliyik. Təkcə futbolçularımız yox, azarkeşlərimiz də arxayın olmamalıdılar. Onda həyəcanı azaltmış olarıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30