25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qarabağ” üçün 25 yaşlı rəqib

“Qarabağ” 2016/17 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburq çempionu “F91 Düdelanj” klubu ilə qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə, bu komanda Düdelanj şəhərini təmsil edir. Klubun əsası 1991-ci ildə qoyulub. “F91 Düdelanj” “Alyans”, “Stad” və YUS klublarının birləşməsindən əmələ gəlib.

“F91 Düdelanj” klubu 12 dəfə ölkə çemponu olub, 4 dəfə gümüş medala sahib çıxıb. Komanda 6 dəfə də ölkə kubokunu qazanıb və 6 halda finalda məğlubiyyət acısı yaşayıb.

Komanda ev oyunlarını 2600 tamaşaçı tutumuna malik olan “Yos Nosbaum” stadionunda keçirir.

“F91 Düdelanj” bu günə qədər 19 dəfə avrokuboklarda çıxış edib.  Bunların 16-da komanda elə ilk mərhələdəcə mübarizəni dayandırıb. İlk dəfə 2005-2006 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində Bosniya çempionunu mübarizədən kənarlaşdıran Lüksemburq təmsilçisi daha sonra Avstriya “Rapid”inə uduzub.

2011/12 mövsümündə Andorra çempionu “Santa Koloma”nı hər 2 oyunda 2:0 hesabı ilə üstələyən “F91 Düdelanj”, ikinci mərhələdə “Maribor”a (Sloveniya) uduzub - 0:2 və 1:3.

2012/13 mövsümündə komanda tarixinin ən böyük uğuruna imza atıb. Əvvəlcə ÇL-in ilk mərhələsində San Marino təmsilçisi “Tre Penne”ni ümumi nəticədə 11:0 hesabı ilə üstələyən lüksemburqlular, ikinci mərhələdə sensasiyaya imza ataraq “Zalsburq”dan üstün olub - 1:0 və 3:4. III təsnifat mərhələsində “Maribor”a uduzan (1:4 və 0:1) Lüksemburq çempionu Avroliqanın pley-offunda da “Hapoel” Təl-Əvivlə bacarmayıb - 1:4 və 0:3.

Sonrakı 4 mövsümdə “F91 Düdelanj” avrokuboklarla elə ilk mərhələdəcə vidalaşıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30