29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı”nın məşqçisi: “Komandanın rəisi mənə elə bir sillə vurdu ki…”

“Viləş” və “Şəmkir” klublarındakı fəaliyyəti ilə tanınan, hazırda “Bakı”nın məşqçisi kimi çalışan Qəhrəman Əliyev gencaile.az saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə olmuşdu?

Rəhmətlik atam futbol azarkeşi olsa da, mənim bu idman növü ilə məşğul olmağımı istəmirdi. Başqa bir peşəyə yiyələnməyimi istəyirdi. Ancaq sonradan rayonumuzdakı yerli məşqçilərin də təkidi ilə futbolçu olmağıma etiraz etmədi.

- Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşənin sahibi olardınız?

- Futbolçu olmasaydım, həkim olardım. Bu sahəni çox sevirəm. Mütamadi olaraq həkimlərlə ünsiyyətdə olur, onlardan nəysə öyrənməyə çalışıram. Məsələn, travmatoloq olmaq istəyərdim.

- Ailə qurarkən gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

- Mən bibim qızı ilə ailə qurmuşam. “Neftçi”nin hazırlıq qrupunda oynayanda onların evində qalırdım. Yəni həyat yoldaşım mənim futbolçu olmağımı əvvəldən bilirdi və heç bir problem də olmadı.

- Sizcə, bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət tərəfləri hansılardır?

- Mənfi cəhət kimi futbolçuların əksər vaxtlarda məşq toplanışlarında, oyunlarda olması səbəbindən ailəsinə yetərincə vaxt ayıra bilməməsini qeyd edə biləərəm. Müsbət tərəfi isə ailə quran futbolçunun daha məsuliyyətli olmasıdır.

- Futbol elə bir peşədir ki, adətən evdən kənarda olursunuz. Ailənizdən uzaqda olanda ən çox hansı çətinliklərlə üzləşirsiniz?

- Futbolla bağlı evdən kənarda olanda ciddi çətinliklərlə üzləşdiyimi deyə bilmərəm. Təlim-məşq toplanışında olanda yeməyimizi restoranda yeyirik, paltarımız da komanda daxilində yuyulur. Bunlar olmasa da, mənimçün problem olmazdı, çünki 27 yaşıma kimi tək yaşadığımdan həm yemək bişirməyi, həm də paltar yumağı bacarıram.

- Futbol adamları daim gündəmdə olur. Bu səbəbdən həyat yoldaşınızdan qısqanclıq hiss edirdiniz?

- Mən düz danışmağı sevirəm. Bu səbəbdən də etiraf edim ki, həyat yoldaşımdan qısqanclıq hiss etmişəm. Dəfələrlə belə halla qarşılaşmışam.

- Səmimi deyin, evdə “komandir” kimdir?

- Çox ağır bir sual oldu. Öz də deyirsiniz ki, səmimi cavab verin (gülür). Əlbəttə evdə “komandir” mənəm. Evin kişisi evin şahıdır. Qadın isə kişinin  vəziridir. Əsas söz sahibi isə şah olur.

- Yaşıl meydandakı Qəhrəman Əliyevlə ailədəki arasında nə kimi fərqlər var?

- Məşqçi kimi məşq prosesində, oyunlar zamanı çox sərt oluram. Adətən oyunçuların səhvini bağışlamıram. Evimdə, ailəmin əhatəsində olanda isə daha mülayim oluram.

- Futbolçu və ya məşqçi karyeranızla bağlı ən çox hansı məqama görə heyfislənirsiniz?

- Futbolçu kimi karyeramı tez -29 yaşımda bitirdiyim üçün təəssüf hissi keçirirəm. Aldığım ağır zədə olmasaydı, daha bir neçə il oynaya bilərdim. Məşqçi kimi isə qazandığım nəticələrin qiymətləndirilməməsinə görə heyfislənirəm.

- Əlinizdə imkan olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

- Xaraktercə belə demək mümkünsə, bir az yumşaq adamam. İmkanım olsaydı, bu xarakterimi dəyişərdim.

- Futbolçu və ya məşqçi karyeranızda yəqin elə hadisələr olub ki, indi də həmin hadisəni təbəssümlə xatırlayırsınız?

- “Neftçi”də oynayanda Moskvada “Dinamo”  ilə oyun ərəfəsində başıma maraqlı bir hadisə gəlmişdi. Komanda avtobusla oyuna yola düşəndə mən otelin liftində qalmışdım. Liftdə yaranan problem səbəbindən bütün komanda məni xeyli gözləmişdi, ancaq əsas məsələ bu idi ki, klub rəhbərliyi mənim laqeydlik üzündən gecikdiyimi düşünürdü. Lift açılandan sonra avtobusa minmək üçün aşağı düşdüm. Elə həmin vaxt komandanın rəisi mənə elə bir sillə vurdu ki, hələ də yadımdan çıxmır. Sonradan hər şey aydınlaşsa da, artıq olan olmuşdu (gülür).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31