13 Yanvar 2026, Çərşənbə axşamı
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu
"Karvan-Yevlax"dan transfer

Ölkə futbolu

Dünən Avropa çempionatında oynayırdılar, bu gün məzun oldular

Dünən ölkəmizdə son zəng idi. 10 minlərlə gənc məzun oldu ki, onlar arasında U-17 yığmamızın üzvləri də var idi. Bir ay əvvəl Avropa çempionatında çıxış edən gənclər dünən məktəblə vidalaşdılar. Futbolxeber.az saytı dünən məzun olan U-17 yığmamızın bəzi üzvlərinin fikirlərini öyrənib:

İbrahim Qədirzadə: “Birinci sinifə gedəndə məni ağlaya-ağlaya aparırdılar. Çünki məktəbə getmek istəmirdim. Amma zaman keçdikcə öyrəşdim. Artıq məzun da olduq. Məzun olmaq gözəl hissdir. 11 ilin son günü - ilk əvvəl “canımız qurtardı” deyirdik. Amma sonar kövrəldik. Düşünəndə ki, son günümüz, son dərsimizdir, insan qəribə hisslər keçirir. Mətəbin bitməsini istəmirdik”.

Elçin Əsədov: “Məzun olmaq insanı bir tərəfdən sevindirir, bir tərəfdən də çox pis olursan. Sevinirəm ona görə ki, artıq məktəb bitdi. İlk tədrisi bitirdim. Artıq karyeramı daha yaxşı formalaşdırmalıyam. Digər tərəfdən də pis oluram ki, 11 ildir bir yerdə oxuduğum sinif yoldaşlarımla, ikinci ailəmlə, ikinci evimlə sağollaşdıq. İnaniram ki, bundan sonra hər şey daha yaxşı olacaq”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31