31 May 2026, Bazar günü
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
“Qrup lideri olmaq niyyətindəyik”

Ölkə futbolu

“Qəbələ” “Bakı” ilə heç-heçə oynadı

2016-2017 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” “Bakı” ilə görüşüb. Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. “Qəbələ” oyunun hər hissəsini fərqli heyətlə keçirib. Matç 1:1 hesabı ilə nəticələnib.

“Qəbələ” növbəti yoxlama oyununu iyunun 15-də keçirəcək. Roman Qriqorçukun yetirmələri U-19 Liqasında çıxış edən futbolçulardan ibarət yığma ilə üz-üzə gələcək. “Bakı” FK-nın bazasında baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31