26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qriqorçukun köməkçisi müəyyənləşdi

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib. Futbolxeber.az saytının məlumatına görə, ötən mövsüm Azərbaycan çempionu tituluna yiyələnən əvəzedicilərin baş məşqçisi olan Ramin Quliyev klubdakı fəaliyyətini əsas komandada davam etdirəcək. Əvəzedicilərədək akademiyanın aşağı yaş qruplarından olan komandalarında da çalışmış 35 yaşlı məşqçi “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

Bunadək Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda yer alan Mixaylo Savka və Stepan Matveyevin “Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2015-ci ilin yanvarından klubda çalışan ukraynalı məşqçilər ailə vəziyyəti ilə əlaqədar əsas komandadan ayrılıblar.

“Qəbələ” İdman Klubu Mixaylo Savka və Stepan Matveyevə komandadakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

 

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30