25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Əgər, bu baş verərsə, Syominə Azərbaycanda neft quyusu hədiyyə edəcəklər"

"Qəbələ"nin yeni baş məşqçisi Yuri Syominin meneceri Dmitri Selyuk müştərisinin ölkəmizdəki perspektivi haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, rusiyalı menecer "Qəbələ"ni "Rostov" və "Krılya Sovetov"la müqayisə edib: "İndi çoxları deyir ki, "Qəbələ"ni heç kim tanımır, eləcə də Azərbaycan çempionatı praktiki olaraq inkişaf etməyib. Amma ölkəyə Syomin və Toşak kimi məşqçilərin dəvəti çempionatın səvəyyəsini artırır. Əminəm ki, gələcəkdə Rusiyadan futbolçular Azərbaycana böyük həvəslə yollanacaqlar. "Qəbələ"nin imkanlarını "Rostov" və "Krılya Sovetov"la müqayisə etmək olar. Çox istərdim ki, Yuri Pavloviç növbəti dəfə çempion olub, bir daha Postsovet məkanında ən yaxşı məşqçilərdən biri olduğunu sübuta yetirsin. İndi "Qəbələ"nin qarşısında avrokuboklara yüksəlmək vəzifəsi qoyulub. İndiki heyətdən böyük uğur tələb etmək düzgün olmazdı. Syomin indi yeni komanda formalaşdırmağa başlayıb və proses başa çatdıqdan sonra böyük qələbələr gözləyə bilərik. Amma özünüz qərar verin, əgər "Qəbələ" birinci yox, hətta altıncı yeri tutan digər Bakı komandasına 1:6 hesabı ilə uduzursa, komandanı tez bir zamanda necə dəyişmək olar? Hətta komandanın üçüncü pilləyə yüksəlməsi də uğur hesab olunacaq. Əgər, bu baş verərsə, yəqin ki ona neft quyusu hədiyyə edəcəklər, ya da onu Xəzər Dənizinin kürüsü ilə qidalandıracaqlar ki, o komandadan ayrılmasın". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30