28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

“Azarkeş və polis məsələsi ilə bağlı bütün klublar AFFA-ya müraciət edəcək”

“Bugünkü iclasda ən vacib məsələlərdən biri legionerlərə görə ödənilən rüsum idi. Vaxtımızın 80 faizini buna sərf etdik. İkinci məsələ ötən mövsümün yekunları ilə bağlı idi”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri Klublar Komitəsinin sədri, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov deyib.

F. Hüseynov ölkəmizi avrokuboklarda təmsil edən klublara uğurlar arzulayıb: “Qarabağ”ı çempionluq və kubokun qalibi olması münasibətilə təbrik etdik. Onlara ən azı bu il və ya gələn il Çempionlar Liqasının qrupuna düşməyi arzu etdik. "Neftçi", "Kəpəz" və "Qəbələ"yə də Avroliqanın qrupuna düşməyini istərdik. Yenə də qayıdıram rüsum məsələsinə. Artıq 4-cü dəfədir ki, bu məsələni iclasda müzakirə edirik. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi də iclasa dəvət etdik. Bütün klublarla artıq dərəcədə xahiş etdik ki, iyunun 14-də İcraiyyə Komitəsinin iclasında bu məsələ qaldırılsın. Legioner rüsumunun azaldılmasını istəyirik. Demirik ki, rüsum tam yığışdırılsın. Bu gün bütün klubların vəziyyəti çətindir. Çempionatımızda 8 komanda qalıb və Azərbaycan futbolu çətin vəziyyətə düşüb. Avropada 4 ölkə var ki, onlardan biri də Azərbaycandır ki çempionatda cəmi 8 komanda yarışıq. Təbii ki, 8 komanda ilə bağlı qərar qəbul olunsa. Bu, nüfuz və imic baxımından yaxşı hal deyil”.

Klublar Komitəsinin sədri qeyd edib ki, bu gün əksər Premyer Liqa klublarının maddi problemi var: “Legioner futbolçulara görə ödənilən rüsumun azaldılması bütün klubların tövsiyyəsi, xahişidir. Bu gün bütün klubların vəziyyətinə pis demək olmaz, amma maddi durum zəifləyib. "Qarabağ", "Qəbələ", "Neftçi"də daha çox legioner var. 3-5 il bundan əvvəl bu məsələləri heç qaldırmırdıq. Ancaq bu gün maliyyə baxımından bir az zəifləmişik”.

Fikrət Hüseynov azarkeş və polis arasında olan məsələlərin də iclasda müzakirə olunduğunu vurğulayıb: “Bu məsələyə toxunduq. Hamının fikrini anladım. Bütün klublar bu məsələ ilə bağlı işləməlidir. Hər klub rəsmi şəkildə AFFA-ya müraciət edəcək və federasiya bu müraciətləri toplayıb qərarını verəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31