29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ” "Rostov"la qarşılaşacaq

"Qarabağ” hazırda istirahətdədir. Futbolxeber.az saytının məlumatına görə, yeni mövsümün hazırlıqları üçün iyunun 16-da toplaşacaq komanda təlim-məşq toplanışı üşün Avstriyaya yollanacaq. Son 2 ildə olduğu kimi bu dəfə də Ağdam klubu Avstriya-Almaniya sərhədinə yaxın Kössen qəsəbəsində hazırlıq keçəcək. Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək komanda buna qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırır.  “Qarabağ” ilk görüşünə iyunun 25-ində çıxacaq. Qurban Qurbanovun yetirmələri Avstriya təmsilçisi “FC Wacker Innsbruck”la  hazırlıq keçdiyi kompleksin meydançasında qarşılaşacaq.

“Qarabağ”ın 2-ci hazırlıq qarşılaşması iyunun 28-inə baş tutacaq. Komanda qeyd olunan gün cari mövsüm sürpriz çıxışıyla diqqət çəkərək Rusiya Premyer Liqasını gümüş medallarla bitirərək ölkəsini Çempionlar Liqasında təmsil edəcək “Rostov”la qarşılaşacaq. 


qarabagh.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31