19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

İntizam Komitəsinin iclası keçirilib

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

- 5 iyun 2016-cı il Azərbaycan Həvəskarlar çempionatının “Qaraçuxur” - “Sabunçu” matçının 78-ci dəqiqəsində “Qaraçuxur” klubunun 27 №-li futbolçusu Əli Quliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalanır (maddə 42.1). Oyunun 78-ci dəqiqəsində “Sabunçu” klubunun 95 №-li futbolçusu Adedevi Ademoca aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır (maddə 38.3).

5 iyun 2016-cı il Azərbaycan Həvəskarlar liqasının “Qobustan” FK - “Tufan” matçında “Tufan” komandası meydançanın örtüyünün yararsız olmasını bəhanə gətirərək meydançaya çıxmaqdan imtina etmişdir. Oyunun baş hakimi oyunu keçirmək üçün meydançanın vəziyyətinin əlverişli olduğunu qeyd etmişdir. Buna qədər bir neçə yarışın oyunlarının keçirildiyini, eyni zamanda “Qobustan”  komandasının bütün ev oyunlarını bu stadionda keçirməsini nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

“Tufan” komandası meydana çıxmaqdan imtina etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30