24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ramal Hüseynov: "Hələ də başa düşmürəm ki, Foqts məşqçidir, yoxsa menecer?"

"MİLLİMİZİN 2016-CI İLDƏ AVROPA, 2018-Cİ İLDƏ DÜNYA ÇEMPİONATINA YÜKSƏLMƏSİ FOQTSUN ADI KİMİ REALDI"

Azərbaycan millisinin sabiq üzvü, son mövsümü "Qaradağ-Lökbatan"da keçirən Ramal Hüseynov Futbolxeber.az saytına müsahibə verib.

- Bir müddət əvvəl "Dənizlispor"a keçəcəyin haqda xəbərlər yayılmışdı. Nə yerdə qaldı bu məsələ?

- Orada hələ prezident seçkiləri keçirilməlidi. Seçkilərin yekununu gözləyirik. Amma menecerim Çinar Məmməd başqa 2 klubla da danışıqlar aparır. Bundan başqa İrandan da təklif var. Hətta İran klubunun prezidenti 3 gün ərzində Bakıya gəlməlidir. Onunla da danışıqlar aparacağıq.

- Təklif aldığın 2 klub hansıdır?

- Çinar bəy həmin klubların adlarının açıqlanmasını istəmir. İnşallah, yaxın günlərdə məsələ dəqiqləşəcək.

- Amma Türkiyə klublarıdır da, hə?

- Hə, Türkiyə klublarıdı, birinci liqada mübarizə aparırlar.

- İran variantı nə dərəcədə realdı?

- İranın 2 klubu xidmətimdə maraqlıdır. Biri yüksək dəstə, digər isə birinci liqadandır. Hər ikisinin təklifi realdı. Hətta birinci liqada mübarizə aparan komandanın prezidenti bayaq da dediyim kimi, bu günlərdə Bakıya gələcək və danışıqlar aparacağıq.

- Yerli klublardan təklif almamısan?

- Təklif var, ancaq mənlik deyil.

- Niyə?

- Çünki aşağı komandalardı.

- Aşağı deyəndə nəyi nəzərdə tutursan? Yəni, aşağı diviziondan?

- Yox, Premyer Liqadandı, amma turnir cədvəlində aşağıda qərarlaşandı.

- Belə başa düşdüm ki, fikrin ancaq ölkə xaricində oynamaqdı?

- Hə, ancaq xaricdə çıxış etməyi planlaşdırıram.

- Bu qərarın səbəbi nədədir?

- Çünki burada bezmişəm. Görmüşük ki, kişi adlanan insan sözünün ağası olar. Heç kimə inam qalmayıb. Həm də bizim futbolda inkişaf adına heç nə yoxdu.

- Konkret olaraq, kimləri nəzərdə tutursan?

- İnan ki, özləri oxuyanda kimləri nəzərdə tutduğumu biləcəklər.

- Bəlkə özün deyəsən ki, konkret narazılığın kimnəndi: futbolçulardan, məşqçilərdən, klub rəsmilərdən, hakimlərdən, yoxsa AFFA-dan?

- Problem çoxdu. Mən bizdə futbol üçün çalışan görmədim. 10 komanda oynamalıdır, nə bilim 8 21 yaşlı futbolçu olmalıdı. Səncə, bu inkişafdı? Oturub fikirləşmirlər ki, nə qədər futbolçu qalacaq çöldə. Həmin futbolçuların da ailəsi, uşağı var. Tutaq ki, mən gedib, bir yerdə oynayacağam. Axı, hamı xaricə gedə bilmir. Onlar nə edəcəklər?

- Bütün bunların günahkarı kimdir?

- Mənə elə gəlir hər şeyi edən Foqtsdu. Hələ də başa düşmürəm, o məşqçidir, yoxsa menecer?

- Foqtsdan söz düşmüşkən, razısan ki, Lüksemburqla evde heç-heçə oynamaq biabirciliqdi?

- Bu, çox böyük biabırçılıqdı. 6 ildə Foqts heç nə ilə yadda qalmayıb.

- Foqtsdan böyük əksəriyyət narazıdı. Amma onu qovmurlar. Səncə, niyə?

- Çünki milliyə dəvət alan futbolçuların əksəriyyəti sifarişlə çağrılır. Buna görə də Foqtsu saxlayırlar. Kim lazımdı o da yığmaya çağrılır. Mən Türkiyə Superliqasında oynayıb, qol vuranda da heç yada düşmürdüm. Mənim kimi o qədər nümunə var ki...Foqtsun müsahibəsini oxudum. Vallah, inan ki, o bizimlə məzələnir. Deyir, özüm çıxmamışdım meydana. Məşqçi də belə söz deyər. Bu, onun "səviyyəsini" göstərir.  

- Azərbaycan futbolundakı bu çatışmazlıqlar nə vaxt düzələcək?

- Nə vaxtki futbolçular haqq-ədalətlə milliyə seçiləcək, düzgünlük olacaq, bax, onda da futbolumuz düzələcək.

- Foqts deyir ki, 2016-ci il Avropa, 2018-ci il dünya çempionatına yollana bilərik. Bu, realdı?

- Bu, Foqtsun adı kimi realdı.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30