19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Avroliqa: “Qəbələ”, “Kəpəz” və “Neftçi” rəqiblərini nə zaman tanıyacaq?

Avroliqanın 2016/17 mövsümü üçün ilk püşkatma mərasimi iyunun 20-də keçiriləcək. Futbolxeber.az saytının məlumatına görə, Nyonda baş tutacaq mərasimdə Avroliqanın ilk iki təsnifat mərhələsinin püşkü atılacaq. Avroliqada ölkəmizi təmsil edən “Qəbələ”, “Kəpəz” və “Neftçi” də rəqiblərini məhz həmin gün tanıyacaqlar. 10 gün sonra - iyunun 30-da Avroliqada ilk təsnifat mərhələsinin birinci oyunları keçiriləcək. Cavab qarşılaşmaları isə iyulun 7-də baş tutacaq. 14 iyulda II mərhələnin ilk, 21-də isə cavab qarşılaşmaları baş tutacaq.

Avroliqada III təsnifat mərhələsinin püşkü iyulun 15-də atılacaq. Bu mərhələnin görüşləri 28 iyul və 4 avqustda oynanılacaq.

Avqustun 5-də Nyonda pley-off mərhələsində qarşılaşacaq cütlər məlum olacaq. Qrup mərhələsinin iştirakçıları 18 və 25 avqsutda baş tutacaq matçlardan sonra məlum olacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq. Bu mərhələnin oyunları isə 15, 29 sentyabr, 20 oktyabr, 3, 24 noyabr və 8 dekabra təsadüf edəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30