25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AFFA yenə “Bakı” və “Xəzər Lənkəran”a lisenziya vermədi

Lisenziya Komissiyasının mayın 16-da keçirilmiş iclasında növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədlərin tamlığını təmin etmək üçün əlavə olaraq 14 gün vaxt verilmişdi. Futbolxeber.az saytının məlumatına görə, bu gün AFFA-nın Lisenziya Komissiyasının iclasında həmin klublar tərəfindən əlavə verilmiş 14 gün ərzində təqdim olunmuş sənədlərə baxılıb və klubların lisenziyalaşdırılması üzrə qaydalara (Buraxılış 2015) əsaslanmış müzakirələrdən sonra aşağıdakılar qərara alınıb:

2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Bakı” FK, “Xəzər Lənkəran” FK, “Qaradağ Lökbatan” FK, “Neftçala” FK, “Şərurspor” FK,  “Turan” Tovuz FK və “Zaqatala” FK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Xatırlatmaq istərdik ki, 16 may tarixində qəbul olunmuş qərara əsasən 2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib:

AZAL PFK, "Kəpəz" PFK, "İnter" PİK,  "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK, Sumqayıt FK və “Zirə” FK.

Qeyd: Lisenziyalaşdırma Qrupu tərəfindən hazırlanmış hesabat AFFA rəhbərliyinə təqdim olunub. Mövcud vəziyyətlə bağlı yaxın zamanda İcraiyyə Komitəsinin iclasının keçirilməsi və müvafiq müzakirələrin aparılması nəzərdə tutulub.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30