20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Avropa çempionatının 28 oyunu “CBC Sport”da”

İyunun 10-da Fransada start götürəcək futbol üzrə Avropa çempionatının 28 oyunu “CBC Sport” vasitəsilə tamaşaçılara təqdim olunacaq. Futbolxeber.az saytının məlumatına görə, bu barədə kanalın baş direktoru Volkan Üst açıqlama verib: “Bildiyiniz kimi, iyunun 10-dan iyulun 10-a kimi Fransada ilk dəfə 24 komandanın iştirakı ilə Avropa çempionatı keçiriləcək. 4 ildən bir təşkil olunan qitə birinciliyində bu dəfə 51 oyun keçiriləcək. Məmnuniyyətlə açıqlamaq istəyirəm ki, 51 oyundan 28-i “CBC Sport” kanalı vasitəsilə yayımlanacaq.

Avro-2016-nın əsas yayım hüququ, bildiyiniz kimi, “İctimai Televiziya”ya məxsusdur. Azərbaycanda belə mötəbər yarışın iki kanalda yayımlanması futbolumuzun inkişafı və təbliği baxımından olduqca müsbət haldır. Bu işdə “İctimai Televiziya”nın rəhbərliyinə və yaradıcı heyətinə uğurlar arzu edirəm! Ümid edirəm ki, futbolsevərlər maraqlı mübarizədən və bizim birgə işimizdən zövq alacaqlar.

Xatırladım ki, Avropa çempionatından doymayanlar gecə saatlarında kanalımız vasitəsi ilə “Copa America” turnirinin oyunlarını da canlı yayımda izləyə biləcəklər. Gün boyunca isə həm “Copa America”, həm də Avro-2016-nın oyunlarının təkrarı kanalımızda gedəcək. Fransaya ezam olunacaq əməkdaşlarımız isə “Paris gündəliyi” adlı proqramda tamaşaçılara ən son xəbərləri, analizləri və süjetləri təqdim edəcəklər. Bununla da iyun ayında “CBC Sport” bütün izləyicilərinə “futbol bayramı” yaşadacaq!”

Mənbə: cbcsport.tv  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30