25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Cavid Hüseynov: Kimdir günahkar? (YAZI)

“Qəbələ” FK-nın keçmiş kapitanı, cinayət məcəlləsinin sanksiyası 2-dən 5 ilə kimi olan maddəsiylə təqsirləndirilən Cavid Hüseynova uzun çəkən məhkəmə “araşdırmasından” sonra 4 il həbs cəzası verildi. Cavidi yaxından uzaqdan cəmi bir dəfə - Bakı Apellyasiya Məhkəməsində barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılan vaxtı məhkəmədə görmüşəm.

Nə kimnənsə paralel aparacam, nə də müqayisə edəcəm. Heç şəhid atasını da yada salmayacam. Bəlkə ona sürülən ittiham barədə də yazmayacam. Çünki bu barədə yazılası heç nə yoxdu. Hər şey göz önündə olub, məhkəməsi açıq keçirilib, tanınmış və tanınmamış jurnalistlər məhkəmə prosesində iştirak ediblər. Kimisə Cavidə nifrət dolu bağışlarıyla reportaj yazıb, kimisə jurnalist etikasını qoruyaraq tam tərəfsiz yazıb.

Yazacağım məsələ bu, məsələylə bağlı sosial şəbəkədə gedən müzakirədi. Məhkəmə zalında olduğu kimi kimisə təhqir edir, kimisi də müdafiə.

Başlayaq təhqir edənlərin “arqumentindən”. “Qudurmuşdu”, “jurnalisti öldürüb”, “öləni nakam qoyub”, “evlənə bilməyib”. Siyahını xeylaq uzatmaq olar. Bu ifadələri yazanlar arasında yenə də tanınmışları da var, tanınmamşları da. Aralarında yazıçısı da var. Bu, adamlar hadisə baş verən kimi dərhal Cavidin həbs edilməsini, güllələnməsini tələb edənlər, hökmdən dərhal sonra “əfv ediləcək”, “az iş verdilər”, “çıxıb bir-iki jurnalisti də öldürəcək” kimi mövqe ortaya qoymağa başladılar. Ən dəhşətlisi isə bu məsələdə özlərini millətin qaymağı hesab edənlərin mövqeyi oldu. Bir dəfə olsun belə nəinki məhkəmədə iştirak etmək, heç məhkəmədən hazırlanan reportajı oxumayanların dərhal belə yanaşması ikrah doğurdu. Adam, bir dəfə heç olmasa məhkəmə reportajını oxu, nə baş verdiyini izlə, sonra mövqeyi bildir də. Yoxsa küyə düşüb, “like” xətrinə bilib-bilmədiyin məsələyə niyə mövqe nümayiş etdirirsən? Nədir sənin alıb verə bilməyəcəyin? Bu cür yanaşmanın açıqlaması var - natamamlıq kompleksi, bacarıqsızlıq, nadanlıq, əxlaqsızlıq. Bucür adlarını ziyalı, yazıçı, jurnalist qoyan ÇMO-lar (bildirim ki, ÇMO rus dilindən tərcümədə mənən natamam adam deməkdi) öz natamamlıq qisasını təhqir yağdırmaqda, böhtan atmaqda görürlər. Arada başınız ayılanda dünyaya ayıq gözlə baxın. Tək qara rəng görməklə gözləriniz də ürəyiniz kimi qaramat olacaq.

Yazını qədim Yunan hüquqşunası Mark Siseronun sözləriylə bitirim: Ədalət dəyərli insanların sahib olduqları ən şərəfli tacdır.

MEHMAN MURADLI

P.S. Azərbaycanın ən böyük problemi özünü ağıllı sayan axmaqlardır. (Vüsal Məmmədov)

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30