29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Xəzər Lənkəran"ın dağılması Azərbaycan futboluna olan marağın üstündən xətt çəkdi"

Dünən "Xəzər Lənkəran" əsas komandanın fəaliyyətini dayandırdığını açıqladı. Cənubluların sabiq Lisenziyalaşdırma üzrə meneceri və əsasən "Ağ-yaşıllar"ın çılğın tərəfdarı kimi tanınan Hafiz Veravullu məsələ ilə bağlı "FutbolPress"ә açıqlama verib. O, komandanın dağılmasının Azərbaycan futboluna olan marağın azalmasına səbəb olacağını bildirib:

"Xəzər Lənkəran" Azərbaycan futbolunun bəzəyi idi. Onun dağılması 2004-ci ildən başlayaraq ölkədə idmanın bu növünə artan marağın üstündən xətt çəkdi. "Xəzər Lənkəran"ın yaranması ilə futbolçulara hörmət artdı. Oyunçular daha məşqə "peraşki" yeyib çıxmırdılar. Klublara olan sevginin təməli də "Xəzər Lənkəran"ın yaranması ilə başladı. Azarkeş mədəniyyətini, pankart şoularını biz adət halına saldıq, tarix yazdıq"

 H. Veravullu həmçinin klubun dağılmasının səbəbini də açıqlayıb: "Mənim sözlərim yenə bəzilərinə təsir edəcək. Həqiqət budur ki, klubun bu hala düşməsinin, Mübariz bəyin komandadan əl çəkməsinin təməli 2008-ci ilin avqustunda Bakıdakı ofisdə aparılan audit yoxlamalar zamanı ortaya çıxan neqativ nəticələrdən sonra qoyuldu. Həmin hadisədən sonra kütləvi qovulmalar da baş verdi. Haradasa xırda bir qığılcım varsa, o getdikcə böyüyür və böyük məsələyə çevirilir. Beləliklə, bu problemlər və  AFFA-nın kluba olan "sevgi"si komandanın dağılmasına səbəb oldu. 12 yaşlı kluba 3 il xidmət etmişəm. Əmək kitabçamdakı "Xəzər Lənkəran"la bağlı yer mənim üçün ən əziz səhifədir. Sonda onu demək istəyirəm ki, bu klub Azərbaycan Premyer Liqasında iştirak etməsə belə, onun azarkeşləri iştirak edənlərindəkindən dəfələrlə çoxdur. Bu danılmaz faktdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31