20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qəbələ"nin Avroliqa matçları Bakıda

"Qəbələ” Avropa Liqasında ev oyunlarını doğma stadionda keçirə bilməyəcək. Futbolxeber.az saytının sportnet.az-a istinadən verdiyi məlumata görə, bu barədə məlumat verən klubun baş meneceri Zaur Əzizov avrokuboklarda rəqiblərini Qəbələdən kənarda qəbul etməli olacaqlarını bildirib.

Bu, ötən mövsümdə olduğu kimi Bakıda olacaq. Ancaq "Qəbələ” bu dəfə elə ilk təsnifat mərhələsindən paytaxtda oynamalı olacaq: "UEFA-nın Qəbələ şəhər stadionunda tribunalarla bağlı qadağı üzündən orada çıxış edə bilməyəcəyik. Əslində, qadağa o şəkildədir ki, hərəkət edən həmin tribunalarda tamaşaçı olmasın. Bu da öz stadionumuzda az adamın olması deməkdir. Ona görə də Bakıda oynamağı daha məqsədəuyğun saydıq”.

"Qəbələ” ötən mövsüm Tiflis "Dinamo”suna öz stadionunda qalib gələrək tarixində ilk dəfə avrokuboklarda mərhələ adladıqdan sonra paytaxta üz tutub. Halbuki, həmin tribuna qadağası olmasaydı, "qırmızı-qaralar”ın ilk 2 təsnifat mərhələsinin oyunlarını orada keçirməsi nəzərdə tutulmuşdu.

"Qəbələ” "Bakcell Arena”da təkcə 3 təsnifat mərhələsi yox, qrup matçlarını da keçirdi. Ancaq onda "Neftçi” Avropa Liqasında artıq mübarizəni dayanırdığından həmin stadion boş idi. Bu dəfə isə "ağ-qaralar” Avropa Liqasında təmsilçilərimizdən biridir. Əzizov isə bildirib ki, "Bakcell Arena” variantlardan biridir: "Bakıdakı digər stadionları da nəzərdən keçiririk. Hələ yekun seçimi etməmişik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30