20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Robert Prosineçki: “Oyunumuz alınmadı”

"Oynamaq istəməyən rəqibə qarşı oynamaq çox çətindi. Nəticəyə baxmayaraq birinci hissədən razı, ikinci hissədən narazı qaldım”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat mütəxəssis qolsuz tamamlanan görüşü belə şərh edib: “Oyunumuz alınmadı, top saxlaya, hücum qura, cinahlardan aktiv istifadə edə bilmədik. Ancaq tam narazı qaldığımı da deyə bilmərəm. Əsas heyətin 9 üzvünün bugünkü oyunda iştirak etmədiyini də unutmayaq. Meydana əsasən gənclərdən ibarət heyətlə çıxmışdıq. Biz daha yaxşı oynaya bilirik. Təəssüf ki, bu gün potensialımızı tam aça bilmədik. Gözəl futbol üçün hər iki komanda oynamalı, istəkli olmalıdır. Amma rəqib buna imkan vermədi.

Gənc oyunçular pis təsir bağışlamadı, ancaq ümumi götürdükdə razı qalmadım. Budaq Nəsirov, Adil Nağıyev və Tərlan Quliyev kimi oyunçular əsas millinin formasını ilk dəfə geyinirdilər.

Makedoniya və Kanada ilə qarşılaşmalarda bəzi şeyləri sınaqdan keçirmək istəyirəm”.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30