29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Qəbələ”dən yeni rekord: 11 liqada 11 medal

"Qəbələ” 2015-2016-cı illər mövsümündə tarixi uğura imza atıb. Futbolxeber.az saytının məlumatına görə, klubun 11 komandası çıxış etdiyi liqalarda mükafatçılar sırasına düşüb. Bununla da 11 müxtəlif liqada qüvvəsini sınayan “qırmızı-qaralar”dan heç biri ilk “üçlük”dən kənarda qalmayıb.

Azərbaycan Premyer Liqasında 3-cü olan əsas komandamız ardıcıl üçüncü dəfə bürünc mükafatlara sahib çıxıbsa, əvəzedicilər tarixində ilk dəfə çempion tituluna yiyələnib. 2011-2012, 2013-2014 mövsümlərində gümüş, 2009-2010, 2010-2011 mövsümlərində bürünc medalları yaxasından asan əvəzedicilər tarixində 5-ci mükafatını qazanıb. Bununla da 2013-14 mövsümündəki kimi həm əsas, həm əvəzedicilər çempionatı fəxri kürsüdə başa vurub.

Bürünc medalı son turun “Kəpəz”lə səfər oyununda əldə edən Roman Qriqorçukun baş məşqçisi olduğu komanda və finişə 4 tur qalmış çempionluğu bayram edən Ramin Quliyevin yetirmələrinin uğurlarına futbol akademiyasının komandaları da qoşulub.

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən liqalarda yeniyetmə oğlanlardan ibarət komandalarıın hamısı mükafat qazanıb. Onlardan üçü - UEFA Gənclər Liqasına vəsiqə qazanan U-19, həmçinin U-16 və U-15 2015-2016-cı illər mövsümünün qalibi olub. U-17, U-11 və U-10 gümüş medallara layiq görülüb. Digər 3 komanda isə bürünc medalla kifayətləniblər. Bunlar U-14, U-13 və U-12-dir.

İndiyədək “Qəbələ” heç vaxt bir mövsümdə 11 liqada mükafat qazanmamışdı. Bunadək rekord 9-a bərabər idi. 2013-2014 mövsümlərində əsas və əvəzedicilər, həmçinin akademiyanın 7 komandası fəxri kürsüyə qalxmağa nail olub. 2014-2015-ci illər mövsümündə isə bu rəqəm 8 olub.

Akademiyanın yetirmələrinə gəlincə, ilk dəfə 2009-2010-cu illər mövsümündə mükafatçılar sırasına düşən “Qəbələ” son 7 mövsümdə 38 dəfə ilk “üçlük”də yer alıb. Komandalar bu müddətdə 17 çempionluq yaşayıb, 15 dəfə 2-ci olub və 6 dəfə bürünc medala yiyələnib. Son 7 mövsümdə cəmi 8 dəfə komandalar mükafat qazana bilməyib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31