24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Şahin Diniyev: “Gəncəyə ortabab komanda yaraşmır”

“Kəpəz” PFK-nın baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına müsahibə verib. Futbolxeber.az müsahibəni təqdim edir:

- Şahin müəllim, əvvəlcə istərdim ki, mövsümün yekunları haqda danışaq.

- Çempionatın startında Avroliqaya çıxacağımız deyilsəydi, inandırıcı çıxmazdı. Çünki komanda sıfırdan yığıldı. Əksər futbolçuların klubları ilə müqaviləsi vardı, sərbəst oyunçu tapmaq çətin məsələ idi. Açığı, heç bir komandaya ehtiyac olmayanlarla yola başladıq. Komanda məsuliyyəti dərk etdi və işə çox ciddi yanaşdı. Gəncə azarkeşləri üçün nə gücümüz varsa, meydanda qoymağa çalışdıq. “Kəpəz” həqiqətən də başından yuxarı tullanmağı bacardı. Kasad heyət və zəif büdcə ilə qitə miqyaslı turnirə vəsiqə qazanmışıqsa, bunu uğur hesab etmək olar.

- Buna nəyin sayəsində nail olduz?

- Hər şeydən əvvəl biz ailə komandası yaratdıq. Futbolçular, məşqçilər, klub rəhbərliyi, Müşahidə Şurası, şəhər rəhbərliyi və azarkeşlər bir ailə oldular. Mərkəzləşmiş sistemlə işləyib bir yerə vurduq. Futbolda dağınıq klub nəticə qazana bilməz. Əldə etdiyimiz nəticədə hamının rolu, əməyi var.Birliyimiz, mehribanlığımız şedevr əsəri - “Kəpəz”i ortaya çıxardı. Hələ uğurlarımız qabaqdadır, potensialımız var. Gəncəyə ortabab komanda yaraşmır. Buradakı azarkeşlər böyük futbolu görüblər, onları başqa bir şeylə təəccübləndirmək lazımdır. Mənə elə gəlir ki, biz bu mövsüm bunu bacara bildik.

- “Kəpəz”in uğurlarında Şahin Diniyev amili daha çox qabardılır. Siz bununla razısız?

- Səmimiyyətimə inanın, tək bir güllə bahar olmur. Komandada birlik olmasaydı, nəinki Şahin Diniyev, heç Joze Mourinyo və ya Xosep Qvardiola da nəticə əldə edə bilməzdi. Hardasa əməyim varsa və bunu qiymətləndirirlərsə, şadam. Uğurumuzda futbolçuların və azarkeşlərin zəhməti daha çoxdur. Klubumuzda mən sözü olmadı, biz olaraq bura yerə gəlib çıxdıq.

- Ehtiyat oyunçular skamyasının qısa olması da, komandanın uğur qazanmasına mane olmadı. 

-  Heyətimiz o qədər kasad idi ki, rotasiya etməyə imkanımız yox idi. Hətta elə bir an yaranmışdı ki, futbolçular çox yorğun idilər və onları heyətə qoymaq belə günah idi. Komandanın oyununda eniş də oldu, yüksəliş də. Amma simamızı itirmədik. “Kəpəz” olaraq hər bir komanda ilə başa-baş oynadıq, mübarizə apardıq. Ehtiyatda olan futbolçuları aşağılamaq istəmirəm, kim nə bacardı oynadı. Çalışacağıq gələn mövsüm belə problemimiz olmasın. Hər bir mövqedə iki bərabər səviyyəli oyunçu olmalıdır ki, həm komanda, həm də futbolçu inkişaf etsin. Çatışmazlıqlara baxmayaraq hər bir oyuna azarkeşlərimizi fikirləşə-fikirləşə çıxdıq, onları sevindirməyə çalışdıq.

- Komandanın heyətini mövqelər üzrə dəyərləndirsək, hansı mövqedən razı, hansından narazı qaldığınızı deyə bilərsiz?

- Komandamız hər şeydən öncə vəhdət təşkil edə bildi. Kiməsə görə udub və ya uduzduğumuz oyun olmadı. Sistem qurduq və bu sistemin də icraçıları futbolçular oldu. Tapşırığa uyğun oynamağa çalışdıq, vəzifəsinin öhdəsindən az gələn də oldu, çox gələn də. Amma kompakt şəkildə çıxış etdik. Hər bir mövqe üzrə çoxlu səhvlərimiz də oldu, uğurlu çıxışlarımız da. “Qarabağ”dan sonra çempionatda ən çox qol vuran komandayıq. Lakin buraxdığımız top sayı öndə gedən komandaya yaraşmayan haldır. Bunda problem müdafiəçilərdə yox, müdafiə olunmağımızda idi. Arxa xəttdə etibarlılığı artırıb, hücumda daha rəngarəng oynamalıyıq. Bunu bacara bilsək, gələn mövsüm daha yaxşı şəkildə çıxış edə biləcəyik.   

- Mövsüm ərzində nəticəsini unuda bilmədiyiniz oyunlar hansıdır?

- Həm uğurlu, həm də uğursuz oyunlar oldu. Qəbələ səfərində Dario Frederikonun artırma dəqiqəsində vurduğu qolla 1:2 hesabı ilə qələbə qazandığımız matç yadda qalan oldu. Söhbət qələbədən yox, əlverişsiz hava şəraitinə görə iki gün meydana çıxmağımızdan gedir. Uşaqlar çətin bir şəraitdə xaraktergöstərdilər. Uğursuz deməzdim, amma adama çox təsir edən üzücü qollar buraxmağımızı da unutmaq çətindir. “Zirə”yə qarşı iki oyunda son dəqiqələrdə qollar buraxıb qələbədən olmağımızı qeyd edərdim. Dörd xal itirməyimiz sonda bizi medaldan da etdi. “Neftçi” ilə son ev oyunumuzu unutmaq çətindir. İlk yarıda meydanda möhtəşəm “Kəpəz”vardı, amma fasilədən sonra tamam başqa komandanı gördük. Məşqçi üçün çox çətindir belə oyunlardan sonra təhlillər aparmaq. “İnter” ilə Gəncədəki qarşılaşmalarda qalib gəlməli olduğmuz halda iki dəfə heç-heçə oynadıq. Belə oyunlar çoxdur. Futbolun da gözəlliyi gözlənilməzlikdir. Həyat davam edir, irəli baxmaq lazımdır.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30