26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

2 futbolçu “Qəbələ”dən ayrıldı

“Qəbələ” iki futbolçu ilə - Samir Zərgərov və Arif Daşdəmirovla yollarını ayırıb. Futbolxeber.az saytının məlumatına görə, 2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan Daşdəmirov komandanın heyətində 46 oyun keçirib. 1 qol vuran cinah müdafiəçisi Premyer Liqada 30, UEFA Avropa Liqasında 14, Azərbaycan kubokunda 2 oyuna çıxıb. Yeganə qolunu ölkə çempionatında vuran 29 yaşlı arxa xətt oyunçusu “Qəbələ” ilə Premyer Liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2009-2010 mövsümündə də “qırmızı-qara” forma geyinən Arif komandada ümumilikdə 64 oyun keçirib, 1 qol vurub.

2015-2016-cı illər mövsümündən əvvəl heyətə qatılan Zərgərov “Qəbələ”də keçirdiyi 38 matçda 3 dəfə qol sevinci yaşayıb. 29 yaşlı yarımmüdafiəçi 3 qol vurduğu Premyer Liqada 26 matç keçirib. Ölkə kubokunda 3, avrokuboklarda 9 matçın iştirakçısı olan Samir komandayla Premyer Liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2006-09-cu illərdə də “Qəbələ”də çıxış edən Zərgərov ümumilikdə 122 matçda geyindiyi “qırmızı-qara” forma ilə 13 qola imza atıb.

“Qəbələ” İdman Klubu Arif Daşdəmirov və Samir Zərgərova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30