29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“10 aydır günahsız yerə həbsdə yatıram, Şəhid oğluna qoyulan hörmət budur?”

“QƏBƏLƏ”NİN AVROLİQANIN QRUPUNDA OYNAMASINDA BÖYÜK ROLUM OLDU. PÜŞKATMA ZAMANI ORADA AZƏRBAYCANIN ADI YAZILDI, MƏNIM YOX. XƏBƏRİ MƏTBUATDA OXUYUB, POLİSƏ MƏLUMAT VERMƏYƏN HƏR KƏS CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNMALIDIR?”

Bu gün Səbail Rayon Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin ölümü ilə bağlı hadisəni gizlətməkdə ittiham olunaraq həbs edilən "Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Futbolxeber.az saytının məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynov son sözlə çıxış edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Məhkəmənin gedişatı, ortaya qoyulan faktlar da bu məsələdə günahsız olduğumu sübuta yetirdi. Şahidlər də bildirdilər ki, hadisədən xəbər tutduqdan sonra xəstəxanaya gəldiyim zaman polislər artıq orda idi. Bu məsələ ilə bağlı mətbuatda da kifayət qədər məlumat getmişdi. Ona görə də hadisəni gizlətməyimlə bağlı deyilənlər səhvdir. Belə çıxır ki, xəbəri mətbuatda oxuyub, polisə məlumat verməyən hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır? Məhkəmədən bəraətimi istəyirəm”.

Cavid Hüseynov artıq 10 aydır günahsız yerə həbsdə olduğunu vurğulayıb: “Heç vaxt atamın şəhid olmasını xüsusi şəkildə qabartmamışam. Çoxları şəhid oğlu olduğumu yalnız bu məsələ ortaya çıxdıqdan sonra öyrəndi. Atam övladlarını bu millətə etibar edərək döyüşə yollandı. Şəhid oldu, bu millət, vətən, torpaq, bayraq uğrunda. Mən də daim Vətənimiz, bayrağımız uğrunda futbolçu kimi mübarizə aparmışam. “Qəbələ”nin Avroliqanın qrupunda oynamasında böyük rolum oldu. Qrup mərhələsinin püşkatması zamanı orada “Qəbələ” və Azərbaycan sözləri yer aldı, mənim adım yox. Aylardır övladlarımın üzünə həsrət qalmışam. 2 övladım nəyə görə əziyyət çəkməlidir? Mən 10 aydır günahsız yerə həbsdə yatıram. Şəhid oğluna, bayrağı qaldıran şəxsə qoyulan hörmət budur? Azərbaycanın, Türkiyənin bayrağını yüksəltmişəm. Məgər düz etməmişəm? Şəhid atamın  həyat yoldaşı, bu zalda əyləşən anam bizi çətinliklə böyüdüb. Heç vaxt kimdənsə nəsə istəməyib. Bizə təhsil, düzgün tərbiyə verib. Qohumum Elşən İsmayılov da bildirib ki, mərhum Rasim Əliyevlə söyüş üstündə mübahisə edib. Yəni, nu məsələdə mənlik heç nə yoxdur. 2 nəfərin mübahisənin cəzasını mən çəkməliyəm? 10 ay həbs yatdım, bundan sonra necə olacaq?”

Sonda Cavid Hüseynov mətbuat nümayəndələrinə səslənib: “Bəzi mətbuat orqanlarında bu məsələ obyektiv işıqlandırılmır. Baş verənlər çox geniş müzakirə edildi, məsələ siyasiləşdi. Məhkəmə proseslərində mətbuat nümayəndələri də iştirak etdilər. Hər kəs günahsız olduğumu gördü. Bu məsələdə sifarişçi olduğumu, yaxud hadisəni bilib gizlətməyimlə bağlı deyilənlər sübuta yetirilmədi”.

Cavid Hüseynovun təsirli çıxışı zalda alqışlarla qarşılanıb. Futbolçunun qohumları, dostları ona dəstək olaraq tezliklə azadlığa çıacaqlarına inandıqlarını qeyd ediblər.

Yekuna hakim qeyd edib ki, məhkəmə prosesi başa çatıb. Mayın 31-də son qərar açıqlanacaq.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31