20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Antirekord seriya qırıldı

Azərbaycan Premyer Liqasının XXXVI turunda “Rəvan”la qarşılaşan “Xəzər Lənkəran”ın məğlubiyyət seriyası qırılıb. Futbolxeber.az saytının məlumatına görə, son 12 oyunda məğlub olub, klub tarixinin antirekordunu müəyyənləşdirən Lənkəran təmsilçisi səfər matçında 1 xal qazanıb - 2:2. Cənublular bunadək sonuncu xalını XXIII turun “Qəbələ” ilə fevralın 27-də keçirilən səfər matçında qazanmışdı. 83 gündən sonra xal əldə edən “Xəzər Lənkəran” ölkə çempionatlarının 24 illik tarixində ən uzun məğlubiyyət seriyalarından birinin müəllifi olub. Bu göstəricidə antirekord “Şəfa”ya məxsusdur. Paytaxt klubu ardıcıl 28 görüşdə uduzub. “Şəmkir” 15, MOİK-lə “Energetik” (Şirvan) 14, “Bakılı” və “Neftqaz” 13 tur xala həsrət qalıb. “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, MOİK və “Avtomobilçi”nin 12 oyundan ibarət məğlubiyyət seriyası qeydə alınıb.

Ötən il noyabrın 2-də XI tur çərçivəsində keçirilən “Rəvan”la səfər oyunundakı 1:0 hesablı qələbədən sonra qalib gələ bilməyən “Xəzər Lənkəran”ın bu seriyası 25-ə çatıb. Bu, ölkə çempionatları tarixində 5-ci nəticədir. “Şəfa” 33, “Bakı” 32, “Energetik” (Şirvan) 28, “Göyəzən” 27 oyun qalib gəlməməklə daha uğursuz seriyalara imza atıb.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30