29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Futbolçum mənə ağlaya-ağlaya dedi ki, hakim məni təhqid edirdi. Mən ona nə deyim?”

"Xəzər Lənkəran"ın baş məşqçisi Ağadadaş Həmidov "Rəvan"la oyundan (2:2) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, Həmidov ilk olaraq matçı dəyərləndirib.

- Bu gün futbolçulara sırf nəticəyə oynamaq tapşırığı olmuşdu. Ola bilər ki, baxımlı oyun göstərə bilmədik. Son şansımız vardı, bundan istifadə etməli idik. Hər iki hissədə qol vurduq. Buraxdığımız ilk qolu öz səhvimizdən buraxdıq. Penalti doğru deyildi. Fikirləşdim ki, cərimə zərbəsi veriləcək, rəqib simulyasiyaya görə sarı vərəqə ilə cəzalanacaq.

 - Hakimlik hadda nə deyə bilərsiniz?

- Futbolçum mənə ağlaya-ağlaya dedi ki, hakim məni təhqid edirdi. Mən ona nə deyim? "Rəvan"ın futbolçusu hakimə yox, Tural Cəlilova demişdi ki, penalti yox idi.

- Penatidən sonra komandanı meydandan çıxarmaq istəsəz də, sonradan fikrinizdən daşındınız. Bəlkə fikrinizdə qalsaydız, AFFA-ya ən yaxşı cavab olardı...

 - Fikrimcə, çıxarsaydım, düzgün olmazdı. Deyəcəkdirlər ki, canlı yayımda komandanı meydandan çıxardılar.

- Tarixdə o qalır ki, "Xəzər Lənkəran" sizin rəhbərliyiniz altında birinci diviziona düşdü...

- Komanda bundan əvvəl "Neftçi"ni kubok oyunu çıxmaq şərtilə qol da vura bilmirdi. Mənim vaxtımda isə vurdular. Əlimizin altında olan futbolçularla oynamağa məcbur idim. Futbol mütəxəssisləri yaxşı bilərlər ki, bu komanda ilə nəticə qazanmaq mümkün deyildi. Baş məşqçi vəzifəsinə keçdiyimə görə peşman deyiləm.

Mənbə: sportnet.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31