25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Şahin Diniyev: “Biz meydançaya üç xal üçün çıxacağıq”

Bu gün Azərbaycan Premyer Liqasında cari mövsümə yekun vurulacaq. Futbolxeber.az saytının məlumatına görə, sonuncu - XXXVI turun mərkəzi görüşündə "Kəpəz" Gəncədə Qəbələnin eyniadlı klubunu qəbul edəcək.

Mövsümün son oyunu ilə bağlı Gəncə klubunun baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına açıqlama verib: “Bu gün çempionatda maraqlı vəziyyət yaranıb, üç komanda bürünc medallara iddialıdır. Hər üç klub da mübarizəni sona kimi davam etdirir. Bu səbəbdən həm “Kəpəz” - “Qəbələ”, həm də “İnter” – “Zirə” oyunları vacibdir. Biz meydançaya üç xal üçün çıxacağıq. Nəyə nail olacağımızı oyun göstərəcək. Mövsümün sonuncu görüşü olmasına baxmayaraq, komanda rəqibə qarşı əzmlə, məsuliyyətlə mübarizə aparacaq”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30