20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ”ni üstələdikdən sonra “Neftçi” öz gücünə inandı”

“Neftçi”nin hücumçusu Ruslan Qurbanov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 35-ci turunda “İnter” üzərində 4:2 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyun çox yaxşı alındı. Əsas odur ki, vacib 3 xal qazandıq. Bu qələbə bizə hava kimi lazım idi. Görüşə pis başlamışdıq. Amma sonradan oyunun gedişatını dəyişə bildik. Bütün komanda, rəhbərlik qazanıaln 3 xaldan razıdır.

- Son turda “Sumqayıt”la görüşdə “Neftçi”ni 1 xal qane edir. Həmin matçda komanda ehtiyatlı oyuna üstünlük verəcək?

- Yox, yenə də qələbə üçün oynayacağıq. Nəyə görə bizi heç-heçə qane etməlidir ki?

- Avrokuboklara vəsiqəni təmin etmək üçün.

- Bu baxımdan razıyam. Amma unutmayaq ki, AZAL da “Qarabağ”la qarşılaşacaq.

- Onu da unutmayaq ki, “Qarabağ” bu gün “Rəvan”a uduzdu...

- Bu, futboldur. Biz Sumqayıta qələbə üçün yollanacağıq. “Qarabağ” səhv etmirəmsə, ikimci heyətlə oynayıb və buna görə də uduzub.

- Bugünkü matçda penaltini dəqiq yerinə yetirməyivə nə mane oldu?

- Georgi Lomaya yaxşı qapıçıdır, bunu da sübut etdi. Əbəs yerə o, “Spartak”da, Rusiya çempionatında oynamayıb. “Sumqayıt”la görüşdə də penaltinı dəf etmişdi. Səhv özümdə oldu. Son anda qapıçıya yox, topa baxdım. Bu səbəbdən də şansımı qaçırdım. Halbuki həmişə son anda qapıçıya baxırdım. Penaltini dəqiq yerinə yetirəcəyimdən əmin idim. Yekunda da səhv etdim.Əsas odur ki, sonradan qol vura bildim.

- “Neftçi” böyük ehtimalla, avrokuboklara yollanacaq. Hazırkı heyətlə Avroliqada nəyə ümid etmək olar?

- Hələ vəsiqəni təmin etməmişik. Amma Avropada “Neftçi” çox şeyə nail ola bilər. Bunun üçün komandanın hər mövqeyi güclənməlidir. Çünki “Nerftçi”dəki hər oyunçu rəqabətin tərəfdarıdır.

- “Neftçi”nin son turlardakı uğurlu çıxışının səbəbini nə ilə izah edə bilərsən?

- Vəli Qasımov komanda ilə ümumi dil tapa bildi. Fərqli taktika seçdi. Həm də kubokda “Qəbələ”ni üstələdikdən sonra komanda öz gücünə inandı.

- Premyer Liqanın bombardirləri arasında yer alırsan və azərbaycanlı futbolçular arasında bu, ən yaxşı nəticədir. 13 qolu hücumçu üçün normal nəticə hesab etmək mümkündür?

- Azərbaycanlılar arasında birinci yerdə gedirəmsə, bu, yaxşı nəticədir. Arzum bombardir olmaqdır. “Sumqayıt”la oyunda da buna nail olmaq üçün əlimdən gələni edəcəyəm. Sonda necə olacağını isə zaman göstərəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30