19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Vüqar Nadirov: “Hər şey son turda məlum olacaq”

“Neftçi” ilə oyuna yaxşı başladıq. Erkən qolla hesabda önə keçdik. Amma sonradan üstünlüyümüzü qoruya bilmədik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “İnter”in hücumçusu Vüqar Nadirov deyib.

Azərbaycan Premyer Liqasının 35-ci turunda “İnter” səfərdə “Neftçi”yə 2:4 hesabı ilə uduzub Təcrübəli futbolçu yenilginin səbəbini arxayınçılıqla əlaqələndirib: “Hesabda önə keçsək də, sonradan komandada arxayınçılıq yarandı. Bu da snda məğlubiyyətə gətirib çıxardı”.

Nadirov komandasının mövsümü bürünc medalla başa vurmaq ehtimalında da söz açıb: “Üçüncü yeri tutmağa hələ də şansımız var. Növbəti turda “Zirə”ni qəbul edirik. “Kəpəz” və “Qəbələ” isə Gəncədə üz-üzə gələcək. Bu komandalardan ən azı biri xal itirəcək. Biz isə “Zirə”ni məğlub etməyə çalışacağıq”.

Vüqar Nadirov “İnter”dəki mövsümünü də dəyərləndirib: “İnter”də karyeramın normal alındığını düşünürəm. Hər şey yaxşı keçdi. Formamı yığdım. Rəhbərliklə, məşqçilərlə, azarkeşlərlə münasibətim yaxşıdır. Bir ara kiçik zədəm oldu. Amma əksər matçlarda oynamaq imkanı qazandım. Son turlar “İnter”in futbolçuları tez-tez zədələnir. Sanki komanda uğursuzluğa düşüb”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30