18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Elxan Məmmədov: “Ümid edirəm ki, onların vətənpərvər hissləri bir gün oyanacaq”

AFFA-nın baş katibi Elxan Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- 17 yaşadək futbolçular arasında Avropa çempionatının 1/4 final mərhələsində Portuqaliya - Avstriya (5:0) oyununu canlı izlədiz. Qarşılaşmaya baxarkən düşündüz ki, püşkdə yığmamızın bəxti gətirməyib? Hər halda, millimizin ilk rəqibi Portuqaliya yığması deyil, başqa komanda olsaydı, bəlkə də fərqli nəticə qazanmaq mümkün idi.

- Təbii ki, bir daha millimizin bəxtinin gətirmədiyinə əmin oldum. Portuqaliya yığması həqiqətən də çox güclü təsir bağışlayır. Komanda 1/4 finalda da 5 qol vurursa, deməli, çox güclüdür. Amma Portuqaliyadan alınan məğlubiyyətdən sonra millimiz toparlana bildi və Avropa çempionatındakı növbəti 2 oyununu yaxşı keçirdi.

- Qitə çempionatının əksər oyunlarını izləmisiz. Çempionluq mübarizəsində hansı komandanı favorit hesab edirsiz?

- Çempionatın favoriti Portuqaliyadır. Hələ çempionat başlamanışdan qabaq bu deyilirdi. Elit raundda komandanın inamlı çıxışı görünürdü. Amma hesab edirəm ki, Almaniya millisi hələ tam gücünü göstərməyib. Bu gün azərbaycanlı futbolçu Renat Dadaşovun qolu ilə Almaniya yığması yarımfinala yüksəldi. Bir tərəfdən bu məqama sevinsək də, digər tərəfdən də üzülürük. Fikirləşirik ki, Renat Azərbaycan yığmasını seçsəydi, bizim üçün çox yaxşı olardı.

- Renat Dadaşovun Azərbaycan yığmasını seçəcəyinə hələ ümid var?

- Renat Dadaşov hələ Almaniyanın əsas millisində çıxış etməyib. Ona görə də ümid var. Biz onun karyerasını yaxından izləyirik.

- Renat Dadaşov. Ramil Şeydayev, Ayaz Quliyev - bu futbolçuların oyununu görəndə bir anlıq düşünürsən ki, 2020-ci ildə həmin oyunçuların yer aldığı Azərbaycan yığması Avropa çempionatında uğur qazana bilər. Bu ehtimal nə dərəcədə realdır?

- AFFA rəhbərliyi olaraq biz də hər zaman bu məsələni müzakirə edirik. Hazırda digər ölkələrin yığmalarında çıxış edən 4 futbolçu var ki, onların çıxışlarını yaxından izləyirik. Ümid edirəm ki, onların vətənpərvər hissləri bir gün oyanacaq.

- U-17-nin formasını geyən Murad Mahmudov gələcək karyerası ilə bağlı yekun qərar qəbul etməyib. Onu Azərbaycana birdəfəlik bağlamaq üçün yaxın gələcəkdə ən azı yoxlama oyununda 5-10 dəqiqəlik meydana buraxmaq mümkündür?

- Bu artıq Robert Prosineçknini işidir. Amma belə etmək yaxşı olardı. Onu da nəzərə almaq lazımdır ki, Murad çox gəncdir, hələ 16 yaşı var.

- Avropa çempionatında vəzifəsinin öhdəsindən pis gəlməyən Təbriz Həsənov hazırkı heyətlə çalışmağa davam edəcək?

- Təbriz Həsənovun başçılıq etdiyi yığma artıq U-18 hesab olunur. Çünki U-17-nin növbəti seçmə mərhələsində 2000-ci il təvəllüdlü futbolçular oynayacaq. Təbriz Həsənov isə hazırkı komanda ilə işinə davam edəcək.

- Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının proqrımanı futbol da daxil edilib. Həmin turnirdə əsas millimizin çıxış edəcəyi artıq dəqiqləşib?

- Müsbət haldır ki, IV İslam Həmrəyliyi Oyunlarında futbol turniri də olacaq. Son 3 ay ərzində biz bu məsələni Təşkilat Komitəsi ilə müzakirə etdik. Müxtəlif variantlar var idi. U-21, U-23, yoxsa əsas yığmaların çıxışı ilə bağlı müzakirələr aparıldı. Yekunda qərara alındı ki, əsas yığmalar mübarizə aparsın. Bu, bizim üçün də müsbət məqamdır. Elə etməliyik ki, bu yarış Premyer Liqanın təqviminə tərs gəlməsin. Bu məsələni Peşəkar Futbol Liqası ilə müzakirə edəcəyik. Yarış yığmamız üçün də gözəl təcrübə olacaq.  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30